Ermənilərin düşmənçilik siyasətini ifşa edən daha bir əsərin təqdimatı keçirilib
Tarix: 20.02.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda mərhum azərbaycanlı tədqiqatçı Sitarə Mirmahmudovanın “Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsər haqqında ətraflı məlumat verib. Bildirilib ki, kitab 1986-cı ildə akademiyanın Coğrafiya İnstitutunun dissertantı Sitarə Mirmahmudovanın “Ermənistan SSR ərazisində Azərbaycan mənşəli oykonimlərin tədqiqi” mövzusunda müdafiə etdiyi dissertasiya işi əsasında yazılıb. Həmin dissertasiya Azərbaycan toponimikası üzrə yeni elmi istiqamət yaradıb. Müəllif minədək yaşayış yerinin adını tədqiq edərək sistemləşdirib, təsnifatını apararaq toponimik xəritələr tərtib edib. Təəssüf ki, 1981-1986-cı illərdə tədqiq olunmuş elmi iş keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənməyib. Vurğulanıb ki, S.Mirmahmudovanın alimlik işi repressiyaya məruz qalsa da, həm Azərbaycanın, həm də keçmiş SSRİ respublikalarının alimləri tərəfindən layiqincə qiymətləndirilib. Alimlər Ermənistan SSR-də Azərbaycan mənşəli oykonimlər haqqında ilk elmi araşdırmanı yüksək dəyərləndiriblər. Kitabda cəmləşdirilmiş çoxlu sayda tarixi faktlar, indiki Ermənistan ərazisində mövcud olmuş Azərbaycan-türk mənşəli oykonimlərin erməniləşdirilməsinə dair rəsmi sənədlər, demək olar ki, ilk dəfə tədqiqata cəlb edilən müxtəlif arxiv materialları, o cümlədən erməni müəlliflərin yazılarından və digər mənbələrdən istifadə olunması əsərin elmi dəyərini daha da artırır.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov, Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu kitabın məziyyətlərindən danışıblar. Qeyd edilib ki, bu əsər qədim Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması və bu ərazidə erməni dövlətinin yaradılması proseslərinin bütün istiqamətlərinin tədqiqi ilə məşğul olan, o cümlədən təcavüzkar Ermənistan dövlətinin monoetnik ölkəyə çevrilməsinin səbəb və nəticələrini araşdıran, eləcə də Azərbaycan xalqının məruz qaldığı çoxistiqamətli erməni təcavüzü məsələsinə maraq göstərən tədqiqatçılar üçün dəyərli mənbədir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info