Xocalı soyqırımından bəhs edən sənədli filmin təqdimatı olub
Tarix: 20.02.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Dünən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin akt zalında Xocalı soyqırımından bəhs edən “Həqiqətin şahidləri” adlı sənədli filmin təqdimatı olub. Ekran əsərinin çəkilişi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən reallaşdırılıb.
Filmin təqdimatında Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov film haqqında məlumat verib. Bildirib ki, filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından əli-ayağı yalın qaçmış insanların acı həyatı əksini tapıb. Filmə Amerika, Almaniya, Fransa, Türkiyə, Rusiya jurnalistlərinin Xocalı soyqırımı ilə bağlı işlərini əks etdirən nadir kadrlar daxil edilib. Ekran əsərində almaniyalı, fransalı, amerikalı ekspertlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı fikirləri, həmçinin bu hadisələrin canlı şahidlərinin ifadələri yer alıb. Sonra film nümayiş etdirilib. Daha sonra çıxış edən İctimai Birliyin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı soyqırımının erməni millətçilərinin zaman-zaman Azərbaycanda törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olduğunu bildiriblər. Qeyd edilib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylər daha da artırılmalıdır və dünya ictimaiyyəti bu faciəyə layiqli qiymət verməli, qətliamı törədənlər ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərin önəmi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info