Azərbaycanlı tələbə xaricdə ilklərə necə imza atıb?
Tarix: 20.02.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Rəhim Məmmədov:
“Hər kəsdə olmayan yaradıcılıq qabiliyyəti sizi hədəflərinizə daha yaxın edə bilər”

Xaricdəki gənclərin hər hansı bir sahədə uğur qazanması xalqımız üçün qürurvericidir. Müsahibimiz Rəhim Məmmədov da xaricdə təhsil alan gəncimiz olaraq bir sıra ilklərə imza atıb. Özünü şanslı sayan R.Məmmədov bu qələbələri bacarığı ilə bərabər, səmimiliyi sayəsində əldə edib. Ümumiyyətlə, ona şansları səmimiliyi qazandırıb. O, məhz elə bu səmimiliyi ilə almanlar kimi çətin bir xalqın sevgisini qazanıb. Qeyd edək ki, Litvanın Vilnüs Universitetinin “Bussines administartion” fakültəsinin 3-cü kurs tələbəsi olan R.Məmmədov ötən il Erasmus proqramı çərçivəsində Almaniyanın Karlshochschule Universitetinə 1 semestrlik təqaüdlə göndərilib. Semestrin sonunda isə universitetin keçirdiyi layihədə qalib komandada olub. Növbəti olaraq isə bu ilin yayında Erasmus çərçivəsində 6 ay Maltada marketinq üzrə təcrübədə olacaq.
-Almanların ürəyinə necə yol tapa bildiniz?
- 2014-cü ildə Mədəniyyətdəyişmə (Culture Exchange) proqramı çərçivəsində 2 həftə bir alman ailəsində qalmışdım. O vaxtlar Avropaya təzə gəlmişdim. Öncəki müsahibələrdə qeyd etdiyim kimi, Avropada mədəniyyət şokum 9 ay çəkmişdi, baxmayaraq ki, 25 yaşım var idi. Haşiyə çıxım, bir gün alman dostum məndən soruşdu: “Xaricdə təhsil almaq nə deməkdir?”. Sadəcə, cavab verdim ki, xaricdə təhsil alanda artıq heç kəsin oğlu, qızı, qardaşı və ya bacısı olmursan, tam individual fərd olursan. Tam dəqiq desəm, atalı, analı yetim olursan. Amma o, buna inanmadı və mənə güldü. Amma indi özü mən yaşadığım həyatı yaşayır.
Ümumiyyətlə, almanlar işdə məsuliyyətli, çalışqan və təmiz insanlardır. Sevmədikləri şey yalan və xəyanətdır. Bir də aylarla Almaniyada qalan insanın alman dilini bilməməsini heç sevmirlər. Etibarlarını qazanmaq çətindir, amma itirmək çox asandır. Xaricilərə o qədər də etibar etmirlər.
Qaldığım alman ailəsi 43 yaşlarında ər və arvaddan ibarət idi. Çox gözəl insanlar idilər. Öncə qaldığım ailə ilə münasibətlər bir az gərginləşmişdi. Amma alman ailəmdə qanunlar var idi. Mən düşündüm ki, qonağam deyə mənə aid deyil. Qaydaların biri bu idi ki, gecə 2-dən gec evə gəlmək olmazdı. Mən 5 dəqiqə gecikmişdim və məni qapının ağzında qoydular. Səbəb kimi dedilər ki, sən bizim ailədənsən və bizim məsuliyyətimizdəsən. Hamıya necə, sənə də elə.
-Bəs münasibətləriniz necə düzəldi?
-Bir gün holland pendiri ilə özümə tost hazırlayırdım. Bir pendiri bölüb 2 tost hazırlayırdım. Ailənin kişisi bunu gördü və çox sərt səslə “Sən nə edirsən? Niyə 1 dilim pendiri 2 yerə bölürsən?”- dedi. Çox səmimi şəkildə dedim ki, mən tələbəyəm və ailəmlə yaşamıram, müəyyən qədər qənaətlə yaşamalıyam. Alman dedi ki, burada tələbə deyilsən, sənə görə hər şeyi alırıq ki, rahat olasan. Mən də cavab verdim: “2 həftədən sonra yenə tələbə olacam. 1 ildir belə öyrəşmişəm. İcazənizlə belə də davam edim. Sonra çətin olacaq və hər şeyin bol olmağı, mən hər şey istifadə etməliyəm demək deyil. Siz mənim heç kimimsiz və çox sağ olun ki, məni hər şeylə təmin edirsiz”. Gözləri doldu, məni qucaqladı. O gündən hər şey düzəldi. Tez-tez məni şəhərə çıxarıb muzeyləri gəzdirirdi. Pul xərcləməyə icazə vermirdi. Mənə tez-tez müharibədən danışırdı və “sən də çox patriot oğlansan” deyirdi. Bir gün bunu haradan bildiyini soruşdum. Cavabında “Üzrlü say. İcazəsiz əşyalarını yoxladıq və bayraq gördük”. O gündən anladım ki, səmimiyyət ən gözəl seydi. Sözüm ondadır ki, almanlar, həqiqətən, səmimi insanları sevirlər. Görəndə ki, həqiqətən çalışırsan, lakin bacarmırsan, o zaman kömək edirlər. Amma görəndə ki, fırıldaqçılıq edirsən, hətta pulun, gözəl geyimin olsa da, sənin üzünə belə, baxmırlar.
-Öz qələbələrinizdə, əldə etdiyiniz uğurlarda kimə və nəyə borclusuz?
- Ümumiyyətlə, mənim bir insan kimi ən güclü tərəfim yaradıcılıq və satış qabiliyyətimdir. Hətta yaratdığım CV modeli videosu ABŞ-da, yəni Alyaskada 6882 namizəd arasından seçilmiş və məni 27 yaşımda Amerikaya Litvadan ilk viza alan beynəlxalq bakalavr tələbəsi kimi qırmızı kitaba salmışdı. 29.05.2015 tarixinə qədər Litvada belə bir hadisə olmamışdı. Onu da ilk bacaran azərbaycanlı tələbə oldu.
Vilnüs Universitetinin tələbələri arasında (xarici və yerli ) ilk medal gətirən də (təhsil üzrə) azərbaycanlı tələbə oldu. Beləliklə, 2 dəfə ilkin altına azərbaycanlı kimi xətt çəkdim. Bunun üçün ailəmə çox təşəkkür edirəm ki, mənə hər zaman dəstək veriblər.
-Almaniyada qalibi olduğunuz layihə barədə məlumat vermənizi istərdik.
- Layihə hazırda fəaliyyət göstərən Emerald Forest Hotelin () köhnə sahibəsi Çristina Bergman tərəfindən yaradılıb. Hər il müxtəlif vaxtlarda İngiltərə, Latviya, İtaliya, Hollandiya, Estoniya kimi ölkələrdə keçirilir. Almaniyada isə mən oxuduğum Karlshochschule Universitetində keçirildi. Nəzərinizə çatdırım ki, mən Karlshochschule Universitetində ilk və yeganə azərbaycanlı idim.
Layihədə 2 ümumi komanda var idi. Komandalar bir-birləri ilə rəqabət aparırdılar. Layihənin məqsədi və təlimin mövzusu marketinq menecerlərin axtarışı və daha yaradıcı yeni fikirlərin üzə çıxması idi. Qaliblər ən yaradıcı, ən çox qazanc əldə edən, ən gözəl konsepsiya yaradan və hoteli mətbuata ən yaxşı təqdim edən komandalar üzrə təyin olunurdu.
Mən bir çox ölkələrdə təlimlərdə olmuşam. Amma belə real və çətin oyun, eləcə də rəqiblər həyatım boyu görməmişdim. 5 gün (məcazi mənada 5 il) hotelimiz fəaliyyət göstərdi. Əsas odur ki, verilən tapşırıqları yerinə yetirə bilməyən və yarımçıq edən komanda açıqlama belə, qəbul olunmadan cəzalandırılırdı, yəni bal itirirdi.
-Tapşırıqlar nədən ibarət idi?
-Hotelə ad və loqo düzəldilməli, sosial mediada səhifə açılmalı, websəhifə dizayn olunmalı idi. Əsas hər qrup bizə verilən ünvanlarda müxtəlif yerlərdə qrup kimi maraqlı şəkillər çəkdirməli idi. Əlavə olaraq 12 saat ərzində bütün görülən işlərin hər gün izahatı yazılı formada verilməli idi. Bununla bir neçə müxtəlif ölkələrdən gəlmiş məllimlərin, təlimçilərin seminarlarına da girmək lazım idi. Dəqiq olaraq saat 9:30-da seminar başlayırdı, tapşırılar verilirdi, təlim keçirilirdi, sonra 1-2 saat ərzində verilən tapşırıqların yerinə yetirilməsi tələb olunurdu. Axşam 6-ya kimi iş saatı idi. Yalnız 12-1 arası fasilə saatı hesab olunurdu.
Bununla yanaşı, sərgilər üçün konsepsiyaların yaradılması, hotelə gələn müştəriləri qarşılamaq, PR materialların hazırlanması və s. bizim tapşırıq idi. Mən şanslı idim, çünki bizim qrupda 4 alman var idi və ən çox işi onlar görürdü. Bir sözlə, bizə verilən 100 otağı real reklam layihələri və real servislər təklif edərək 1 il satmalı idik. Yəni açılışa “Cenefer Lopes gətirərəm” kimi xəyali söhbətlər və ya mən dənizin altında hotel açıram kimi real olmayan söhbətlər edə bilməzdin. Çünki yazılı izahatda reklam xərcləri və ümumiyyətlə, bütün xərclər göstərilirdi. Burada məqsəd daha real yaradıcı olub, az xərc çəkib, daha çox müştəri cəlb etmək idi. Hər qrup 5 nəfərdən ibarət komanda idi. 16 komanda var idi. Komanda üzvlərinin universitet tərəfindən seçilməyi rəqabətin daha sağlam olmağı üçün idi.
-Marketinq strategiyanız nədən ibarət idi?
-Bizim hotelin adı Olimpiya Supreme idi. Bu hotel Almaniyada “qara meşə” deyilən bir ərazidə yerləşirdi. Bizim müştərilər idmanı sevən və sağlam həyata üstünlük verən 20-55 yaşarası insanlar idi. Marketinq strategiyamızın təklifi məndən gəlmişdi: reklam və informasiya. Yəni məqsəd reklam vasitəsilə müştərilərə informasiya verib, onların düşüncələrini dəyişmək idi. Dəqiq desək, tətilin yalnız gəzmək, parti, içki əyləncəsi olmadığını onlara aşılamaq idi. Əlavə olaraq, bizim hotel həm də sağlam yemək kursları, yoqa və fitnes dərsləri təşkil edirdi. Sonda bizim komanda sərgilərdə ən yaradıcı konsepsiya yaradan və ən yaradıcı hotel təqdimatı edən qrup seçildi və medala layiq görüldük.
-Həmyaşıdlarınıza nə tövsiyəniz var?
- Bir çox xaricdə təhsil almaq arzusunda olan gənclər gecə-gündüz ingilis dilini öyrənib yüksək nəticələr toplayırlar və bu nəticələrlə sonra təqaüd axtarışına çıxırlar. Belə bacarıqlı gənclərimizə məsləhət görərdim ki, hədəfə gedən yollarını dəyişsinlər. Yəni demək istəyirəm ki, ingilis dilini Azərbaycanda çox adam bilir. Aelts-dən çox adamın 8 balı var, amma təqaüd tapmaq çətindir. Qısası, alman dilini öyrənin. Yəni dolmuş bazarda məhsul satmayın, çünki müştəri tapmaq çətindir. Siz boş bazarda məhsul satın. Çünki müştərisi çox olur. Düzdü, o boş bazarı yaradan yeni bir məhsul olmalıdır, amma bunun üçün də yaradıcı olmaq lazımdır. Adi hesab olunan, amma hər kəsdə olmayan yaradıcılıq qabiliyyəti sizi hədəflərinizə daha yaxın edə bilər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info