Səbail rayonunda sahibkarlara kömək məqsədilə «Qaynar xətt» yaradılıb
Tarix: 20.02.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Səbail rayonunda 2015-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2016-cı il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən il Prezidentin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib, 2015-ci il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb. Qeyd olunub ki, ötən il dünya bazarlarında neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə, bir çox dövlətlərin milli valyutalarının 100 %, bəzi hallarda isə daha çox devalvasiyaya uğramasına baxmayaraq, ötən il Azərbaycan iqtisadiyyatında artım olub, ümumi daxili məhsul 1 % - dən çox, sənaye istehsalı 2,4 %, qeyri-neft sənayesi 8,4 % artıb. 2015-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub, bunun yarısı xarici sərmayə olub. Bu onu göstərir ki, Azərbaycan, xarici investorlar üçün cəlbedici ölkədir. Qeyd olunub ki, Prezidentin çıxışından sonra Səbail rayonunda da bu istiqamətdə müvafiq işlər həyata keçirilib, xüsusi qərargah yaradılıb, rayonda fəaliyyət göstərən sahibkarlarla görüşdə onların müraciət və təklifləri dinlənilib, işlərinə mane olan amillərin aradan qaldırılması üçün anonim sorğu keçirilib, RİHBA-da «Qaynar xətt» yaradılıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirib ki, 2015-ci ildə rayonun iri sənaye müəssisələri tərəfindən 15 milyard 068,8 milyon manatlıq məhsul istehsal edilib və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 % artıb. İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 369.8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.3 % çox olub. Rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 133.3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.8 % çox olub. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 7 milyard 370.3 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,4 % çoxdur.
Keçən il Səbail rayonunda 5839 yeni iş yeri açılıb ki, bunlardan 3239-u daimi iş yerləridir. Ümumilikdə 2003-cü ildən 1. 01.2016-cı il tarixinə kimi Səbail rayonunda 50361 yeni iş yerləri açılıb ki, bunun da 46893-ü daimi iş yerləridir.
2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Su İdmanı Sarayının, Bakı İdman Sarayının, “İnturist” mehmanxanasının, Veloparkın, Avropa Oyunları Parkının, Bayılda yeni piyada keçidinin, Daş salnamə muzeyinin, Bayıl bulvarının, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının açılışı olub, əsaslı təmirdən sonra 189-190 saylı orta məktəb binası istifadəyə verilib. Ötən il, həmçinin Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın iştirakı ilə Sülh ağacı abidəsinin və Avropa Oyunları ərəfəsində Qonaqpərvərlər klubunun açılış mərasimləri keçirilib.
Əlavə olaraq ötən il rayonda YARAT Müasir İncəsənət Mərkəzi, 9 saylı Xəzinədarlıq İdarəsi və Beynəlxalq Avrasiya Fondunun yeni binası istifadəyə verilib. Hazırda rayon ərazisində bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin, Bakı Media Mərkəzinin, yeni «İnterkontinental» və «Dinamo» mehmanxanalarının, Bakı Ali Neft Məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, Səbail İş Mərkəzinin, jurnalistlər üçün yeni binanın tikintisi və İncəsənət Muzeyinin əsaslı təmiri davam edir.
Badamdar şosesində 2,2 km məsafədə yolun 3 metrədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər başa çatdırılıb, qəsəbədə su və kanalizasiya xətlərinin yenidən qurulması, T.Məmmədov və G.Qarayev küçələrinin kəsişməsində yerləşən 4 ədəd çoxmərtəbəli yaşayış binasının həyətində «Abad məhəllə» yaradılması ilə bağlı işlərə başlanılıb. Ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə start götürmüş «Ümumrespublika Yaşıllaşdırma» marafonu layihəsinin ikinci mərhələsi çərçivəsində keçirilən ağacəkmə aksiyaları zamanı 7 min ədəd yeni ağac, 35 min ədəd dekorativ gül kolu, 5 min kvadrat metr sahədə qazon otu əkilib. 2014-2015-ci tədris ilində rayonun təhsil ocaqlarında bir sıra uğurlu nəticələr əldə olunub. Ötən il rayonun orta məktəblərini 1481 nəfər bitirib, onlardan 989 nəfəri tələbə adını qazanıb, məzunlardan 127 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub, 6 məzun qızıl medala, ali məktəblərə qəbul olunan 1 nəfər məzun isə Prezident təqaüdünə layiq görülüb.
Prezidentin 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə rayonun orta məktəblərinin 5 müəllimi Əməkdar müəllim fəxri adına, 2 müəllimi isə «Tərəqqi» medalına layiq görülüblər. Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkilləri iştirak ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info