“Ən güclü hücumçular Levandovski, Suares və Benzemadır”
Tarix: 20.02.2016 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Braziliya yığmasının sabiq üzvü, əfsanəvi futbolçu Ronaldo hazırkı dövrün ən güclü mərkəz hücumçularının adlarını açıqlayıb. “Fenomen” 3 forvardı fərqləndirib. Ronaldonun fikrincə, hazırkı dövrün ən güclü mərkəz hücumçuları “Bavariya, “Barselona” və Madrid “Real”ında çıxış edir:
“Üç nəfərin soyadını qeyd edə bilərəm: Levandovski, Suares və Benzema. Onların arasında ən güclünü seçə bilmərəm. Çünki hər biri yüksək səviyyəli forvarddı. Birlikdə oynadığım ən güclü futbolçuya gəlincə, burada da 1 nəfərin adını çəkmək mümkün deyil. Öz dövrümün ən güclüləri ilə birgə oynamışam. Ağlıma ilk olaraq, Nesta, Zanetti, Pirlo, Maldini, Fiqu, Raul, Baco və Stoiçkov gəlir. Ancaq klublarda və Braziliya yığmasında birgə oynadığım başqa yüksək səviyyəli futbolçular da olub. Həmin ulduzlardan ibarət geniş siyahı tuta bilərəm”. Qeyd edək ki, Braziliya millisində 98 matçda 62 qola imza atan Ronaldo karyerası ərzində “Kruzeyro”, “PSV Eyndhoven”, “Barselona”, “İnter”, “Real”, “Milan” və “Korintians” klublarının formasını geyinib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info