Gənclər Fondunun nümayəndələri bir sıra görüşlər keçiriblər
Tarix: 22.02.2016 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndə heyəti Strasburqda Avropa Şurası və Avropa Gənclər Mərkəzinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.
Prezident yanında Gənclər Fondundan verilən məlumata görə, səfər fevralın 18-20-də Avropa Şurasının Demokratik Vətəndaşlıq və İştirakçılıq Direktoratlığının dəvəti əsasında gerçəkləşib.
Səfər çərçivəsində Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulcahi, Avropa Şurasının Gənclər Departamentinin koordinatoru Marina Filaretova, Avropa Gənclər Fondunun müavini Karen Palliser, Avropa Şurasının Gənclər Departamentinin rəhbəri Antye Rotemund və digərləri ilə görüşlər keçirilib. Görüşlər zamanı Avropa Şurası Gənclər Departamenti, Avropa Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu arasında olan əlaqələr və yaxın gələcəkdə icra olunacaq birgə layihələr barədə müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti ölkəmizdə gənclər siyasətinin məqsədləri, prinsipləri haqqında Avropa Şurasının nümayəndələrinə məlumat verib və onların suallarını cavablandırıb. Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektoru müdiri Fuad Babayev daxil olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info