Xocalı soyqırımına dair məqalə ABŞ mətbuatında
Tarix: 22.02.2016 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə buraxılan “Jewish Journal” qəzetinin 19.02.2016-cı il tarixli sayında Xocalı soyqırımına dair geniş məqalə dərc olunub.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən qələmə alınmış məqalə “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən” başlığı daşıyır.
N.Ağayev məqalədə Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edib.
Baş konsul, “Human Rights Watch” təşkilatının bu faciəni Ermənistan-Azərbaycan münaqişəsinin “ən böyük qətliamı” adlandırdığını bildirərək qeyd edib ki, bu gün Ermənistan prezidenti olan Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalı qətliamının törədilməsində birbaşa iştirak ediblər.
Diplomat vurğulayıb ki, Azərbaycanın apardığı ədalət mübarizəsi nəticəsində son illərdə artıq beynəlxalq aləm bu dəhşətli hadisənin öyrənilməsinə və tanınmasına böyük maraq göstərməkdədir. Bu səpkidə, baş konsul Meksikadan Sloveniyaya, Bosniya Herseqovinadan Peruya qədər müxtəlif ölkələrin, eləcə də ABŞ-ın onlarla ştatının Xocalı faciəsini qətiyyətlə pislədiklərini qeyd edib. Həmçinin, müəllif, İsrail prezidenti R.Rivlinin 2015-ci ildə BMT Baş Assambleyasındakı çıxışı zamanı Xocalı soyqırımının Holokostdan sonra dünyanın qarşısını ala bilmədiyi soyqırımlarından biri olmasını qeyd etdiyini diqqətə çatdırıb.
Baş konsul, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamasına diqqət çəkərək, bir milyona yaxın azərbaycanlının öz yurd-yuvalarından didərgin salındığını və Ermənistanın apardığı işğalçılıq nəticəsində Azərbaycana ciddi ziyan dəyməsinə baxmayaraq, ötən illər ərzində ölkəmizin inkişaf edərək, yerləşdiyi regionun ən böyük iqtisadiyyatına sahib olduğunu bildirir. Bunun müqabilində isə, Ermənistanın zəiflədiyini və xarici yardımlardan asılı duruma düşərək öz suverenliyini və müstəqilliyini faktiki olaraq itirdiyini, 1991-ci illə müqayisədə əhalisinin az qala yarısının daimi olaraq Ermənistanı tərk etdiyini vurğulayıb.
N.Ağayev qeyd edib ki, Ermənistanın bu dəhşətli cinayəti hər vəchlə inkar etməsinə baxmayaraq, Azərbaycan Xocalı qurbanlarına ədalət uğrunda mübarizəsini davam etdirir. Diplomat, bu səpkidə, ABŞ Konqresinin də bu ədalət mübarizəsinə qoşulmasının, xüsusi qətnamə qəbul edərək bu qətliamı pisləməsinin vacib olduğunu bildirib.
Qeyd edək ki, “Jewish Journal” qəzeti ABŞ-da internet vasitəsi ilə ən çox oxunan yəhudi nəşridir. Qəzetin internet versiyasının aylıq 4.5 milyon oxucusu var.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info