Sahibkarların şikayətlərinin araşdırılması daha da çevik olacaq
Tarix: 22.02.2016 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunun Apellyasiya Şurasının iclası keçirilib.
Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunda yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, iclasda Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər müzakirə olunub. Bildirilib ki, Apellyasiya Şurasının yaradılmasından sonra Dövlət Sosial Müdafiə Fondunun sədrinin müvafiq əmrləri ilə Şuranın və onun katibliyinin tərkibi təsdiq edilib.
İclasda şura tərəfindən sahibkarların şikayətlərinin araşdırılmasının çevikliyinin təmin edilməsi, əsassız yazışmalara yol verilməməsi və işin səmərəli təşkili üçün meyarların müəyyən olunması, şuranın katibliyinin fəaliyyətini tənzimləyən metodiki reqlamentin hazırlanması və sahibkarların elektron qaydada da müraciət etməsi üçün texniki imkanların yaradılması işlərinin sürətləndirilməsi qərara alınıb.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasının tərkibinə Fondun məsul əməkdaşları daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info