Ramil Səfərov Xocalıyla bağlı keçirilən qanvermə aksiyasına qoşuldu
Tarix: 22.02.2016 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Xocalı faciəsinin ildönümünə həsr edilmiş, "Qan ver, Həyat xilas et!" şüarı altında Azərbaycan Kikboksinq Federasiyası və “LAYF” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı, Mərkəzi Qan Bankının tibbi dəstəyi ilə növbəti qanvermə aksiyası həyata keçirilib.
Aksiyada gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev başda  olmaqla kikboksinq federasiyasının idmançıları qan veriblər. Həmçinin, zabitimiz Ramil Səfərov da Xocalı soyqırımının anım günü ilə bağlı qan bağışlayıb.
Qanvermə aksiyası zamanı toplanılan qan irsi qan xəstəlikləri daşıyan vətəndaşlarımıza qarşılıqsız olaraq veriləcək. Hər bir könüllü qan donoru verdiyi qanın irsi qan xəstələri üçün həyati önəm daşıdığını bilməlidir.
Qanvermə proseduru Mərkəzi Qan Bankının təcrübəli heyəti tərəfindən həyata keçirilib. Təşkilatçılar adından Mərkəzi Qan Bankının rəhbərliyinə və tibbi heyətinə təşəkkürünü bildiriblər. Qanvermə aksiyasında iştirak edə bilməyən, lakin könüllü qan donoru olmaq istəyənlərin isə “LAYF” Xeyriyyə İctimai Birliyi ilə əlaqə saxlaya bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info