TUMİB Xaçmaz şəhərində multikulturalizm ilə bağlı tədbir keçirib
Tarix: 22.02.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


19.02.2016-cı ildə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xaçmaz şərərində "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" adlı layihəsi çərçivəsində konfrans keçirib.
Təbbir iştirakçıları tərəfindən ilk öncə Xocalı soyqırımı zamanı şəhid olmuş insanların xatirəsi yad edildi.
Konfransı giriş sözü ilə Xaçmaz rayon icra hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələ lər şöbəsinin müdir müavini Ceyhun Musayev açaraq tədbir iştirakçılarını salamladıqdan sonra, Xaçmaz rayonun etnik-dini tərkibi haqqında məlumat verdi. Natiq qeyd etdi ki, Xaçmazda müxtəlif etnik xalqlar və müxtəlif dinlərin birgə yaşayışı dünya üçün bir nümunədir.
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov çıxışında layihənin məqsədi haqqında məlumat verərək bidirdi ki, Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği ilə bağlı ölkədə ideoloji maarifçiliyin aparılması, eyni zamanda gənclərin yad və radikal sektaların təsirindən qorunmaları üçün azərbaycançılığın təməllərindən biri olan Azərbaycan multikulturalizm siyasətinin region gəncləri arasında daha dərindən mənimsənilməsinə zəruri olduğunu vurğuladı. TUMİB sədri çıxışını davam edərək bildirdi ki, Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Natiq çıxışına davam edərək, Prezident İlham Əliyev tərəfindən 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi olmadığını və bunun dərin tarixi köklərinin olmasından bəhs etdi.
Tədbirdə TUMİB-in idarə heyyətinin üzvü Seymur Verdizadə bildirdi ki, dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycan xüsusi həssaslıqla yanaşır ki, bu da dünya üçün bir nümunədir. Natiq qeyd etdi ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şimal bölgəsi üzrə aparıcı məsləhətçi Samid Seyidov isə Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
TUMİB-in layihələrin idarə olunması üzrə rəhbəri Raida Hüseynova çıxış edərək bu cür layihələrin gənclər arasında Azərbaycanın bütün bölgələrində davam etdirilməsi və Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını vurğuladı.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info