“Vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün poçt şöbələri ilə də müraciət edəcəklər”
Tarix: 22.02.2016 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


“Azərbaycanda vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün poçt şöbələri vasitəsilə də müraciət edə biləcəklər”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2016-cı il fevralın 1-ə Azərbaycanda 105,5 min nəfər ünvanlı sosial yardım alır: "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzlərində 15,94 müraciət var. Bununla əlaqədar nazirlikdə 6 səyyar qrup yaradılıb və onlar rayonlara ezam edilib ki, bütün bu müraciətlərə ayın sonunadək baxılsın".
S.Müslümov əlavə edib ki, əvvəllər ailənin orta aylıq gəlirlərinin yarısından çoxu bankda kredit borcunun ödənilməsinə ayrılırdısa, bu ailəyə ünvanlı dövlət sosial yardımı verməkdən imtina edilirdi: "İndi isə bu məhdudiyyətlər götürülüb. Bundan başqa, əgər əvvəllər ailənin üzvü ödənişli təhsil müəssisələrində oxuyurdusa və 12 ay ərzində ailə onun təhsilinə minimum əmək haqqını 10 dəfə üstələyən məbləğ ödəyirdisə, bu ailəyə də ünvanlı dövlət sosial yardımı verməkdən imtina edilirdi. Bu məhdudiyyətlər də bir şərtlə ləğv edilib. Şərtə əsasən, bu ailənin gəlirləri ünvanlı dövlət sosial yardımının hesablanması zamanı nəzərə alınacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir
20.08.2019
Onlar yüksək balla Azərbaycan İlahiyyat İnstitutunu seçdilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info