Avropa Parlamentinə Xocalı soyıqırımı ilə bağlı müraciət göndərilib
Tarix: 22.02.2016 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Konqresi (AAK) "1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş qətliamın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair Avropa Parlamentinin  İnsan hüquqları komitəsinin yeni seçilmiş sədri Elena Valensaya müraciət göndərib.
Müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirməsi , 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırım aktını müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsi , həmçinin, Ermənistan Prezidenti Serj Sarkisyanın bu hadisələrin cinayətkarı kimi məsuliyyətə cəlb olunması tələb edilib. Bundan başqa, soyqırımının beynəlxalq ekspertlərdən ibarət komissiya tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həllinə və sülh əldə edilməsinə cəhd göstərmələri istənilib.
Müraciətdə İslam Konfransı Gənclər Forumunun Baş koordinatoru Leyla xanım Əlievanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyası haqqında məlumat təqdim edilib. AAK Avropa Parlamentinin diqqətini bu kampaniyanın bir sıra ölkələrdə apardığı “Justice for Khojaly” ictimai – media fəaliyyətinə yönəldərək Xocalı soyqırımına dair siyasi münasibət bildirilməsini tələb edib.
Qeyd edək ki, AAK Xocalı Soyqırımını daha geniş kütlələlərə çatdırmaq məqsədi ilə “Facebook” sosial şəbəkəsində soyqırıma həsr olunan səhifə yaradıb (https://www.facebook.com/KhojalyMassacre1992Photos/info?tab=page_info).
Həmçinin, Xocalı soyqırımına dair məlumatların yer aldığı açıqcalar çap etdirib. Bu açıqcalarda “Xocalıya ədalət” kampaniyasının təqdim etdiyi “Xocalı uşaqların gözü ilə” sərgisindən olan fotolar və Xocalı hadisələri haqqında məlumatlar əks etdirilib. Açıqcalar Almaniyanın Şimal Vestfalen əyalətinin parlamentinə və Avropa Parlamentinin  İnsan hüquqları komitəsinə göndərilib.
Fuad





 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
05.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info