BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurası yaradılıb
Tarix: 22.02.2016 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universiteti Elmi Şurasının BDU rektorluğu yanında yaradılan İctimai Nəzarət və Məsləhət Şurasının ilk iclası keçirilib.
BDU-dan verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.
Professor Əjdər Ağayev Şuranın sədri, Məlahət Mürşüdlü sədr müavini, Mirzə Cəfərzadə isə katibi seçilib. İclasdan sonra şura üzvləri BDU-nun rektoru, akademik Abel Məhərrəmovla görüşüb, universitetin tədris prosesi, elmi laboratoriyaları və maddi-texniki bazası ilə tanış olublar. Rektor Şura üzvlərinə BDU-nun strukturu və inkişaf strategiyası, elmi və tədris fəaliyyəti haqqında ətraflı məlumat verib, nəzərdə tutulan hədəflərə nail olmaq üçün Şura tərəfindən dəyərli təkliflərin veriləcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, Şuranın tərkibinə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, “Multimedia” İnformasiya sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, APA-Holdinq MMC-nin prezidenti Vüsalə Mahirqızı, millət vəkili Qənirə Paşayeva və əlaqələndirici şəxs kimi BDU-nun professoru, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev daxildir.
Xatırladaq ki, İctimai Nəzarət və Məsləhət Şurasının əsas məqsədi BDU-nun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info