“The Washington Times” : “Ukrayna dağılır”
Tarix: 23.02.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Ölkənin milli valyutası dəyərdən düşür, inflyasiya artır

Hazırda dünyada baş verənlər, son dövrlərin ən aktual mövzularından biri olan Ukrayna hadisələrinin bəzilərinə unutdursa da, “The Washington Times” nəşri bu mövzu ilə bağlı yazı ilə çıxış edib. Yazıda deyilir ki, hər kəsə məlumdur ki, Moskva Kiyevi Kremlin orbitində saxlamağa, Ukrayna xalqının Avropa Birliyinə yaxınlaşmasının qarşısını almağa çalışır. Bəlkə də, elə bunun nəticəsidir ki, bu gün də Ukraynanın şərqində savaş ləng də olsa, davam etməkdədir.
Qeyd edilir ki, Moskva inqilabdan sonrakı Maydanın sabitliyni pozmaq üçün hər vasitədən yararlanmağa çalışır. Bu arada Rusiya KİV-ləri isə Ukrayna daxilindəki siyasi mübrizəni faşist və rüşvətxor məmurlar arasında qarşıdurma kimi təqdim edərək, onları Ukrayna xalqının ehtiyaclarına diqqət ayırmamaqda ittiham edir. Qərb, o cümlədən Beynəlxalq Valyuta Fondu Ukraynanı azad bazar və demokratiya yolu açmaq üçün milyardlarla dollar kreditlərlə, hətta Donetsk qarşıdurmasında istifadə etmək üçün silahlarla təmin edir. Bütün bunlarla yanaşı, Qərb texnokratların Ukrayna hökumətində təmsil olunmasına və bununla da köhnə sistemin qalıqlarının qarşısına sipər çəkməyə can atır. Təbii ki, yaranmış şəraitdə bu o qədər də asan məsələ kimi görünmür. Lakin bununla belə, Ukrayna bəzi sahələrdə irəliləyişə nail olub. Ölkənin hüquq-mühafizə orqanlarında aparılan islahatlar, yeni antikorrupsiya məhkəmələrinin yaradılması buna bariz nümunə kimi göstərilə bilər.

BVF rəhbəri Kristin Laqard açıq şəkildə bildirib ki, Ukraynaya maliyyə yardımını davam etdirməyin heç bir perspektivi yoxdur və verilən vəsait korrupsiyaya qarşı mübarizədə heç bir effekt vermir

Lakin qeyd edilməlidir ki, bütün aparılan bu islahatlar cüzi təsir bağışlayır. Ölkənin siyasi hakimiyyətində kök salan korrupsiya hakimiyyət daxilində, bir növ, ayrı-seçkiliyə gətirib çıxarıb. Ölkədə islahat tərəfdarları olan siyasətçilər bu islahatların reallaşmasına inamlarını itirdiklərindən istefa yolunu tutur, köhnə təcrübədən yararlanmağa çalışanlar isə pul qazanmaq üçün köhnə sistemi qorumağa çalışırlar. Yaranmış vəziyyət Maydan həyatı yaşamış sadə insanların da səbr kasasını doldurmaqdadır. Belə görünür ki, azadlıq uğrunda mübarizədə canlarını qurban vermiş 100-dən çox insanı itirmək əbəsmiş. Sadə xalq iki il bundan əvvəl baş verən inqilabdan sonra hələ də heç bir dəyişikliklərə nail olmadıqlarını görməkdədir. Məsələ o həddə çatıb ki, hətta Beynəlxalq Valyuta Fondu da daha səbir etmək niyyətində deyil. Təşkilatın rəhbəri Kristin Laqard açıq şəkildə bildirib ki, Ukraynaya maliyyə yardımını davam etməkdə heç bir perspektiv görmür və verilən vəsait korrupsiyaya qarşı mübarizədə heç bir effekt vermir. Hazırda Ukraynadakı vəziyyət o qədər də ürəkaçan deyil. Ölkənin milli valyutası dəyərdən düşür, inflyasiya artır. Ölkədəki qeyri-müəyyənlik və qeyri-sabitlik nəticəsində Ukrayna dağılır. Daha Rusiyanın Petr Poroşenkoya təzyiqlər göstərməsinə ehtiyac yoxdur. Vladimir Putin, sadəcə olaraq, Ukraynada baş verənlərə seyrçi mövqeyindədir. Hazırda belə görünür ki, Kiyev siyasətçiləri Ukraynada sanki Putinin işini həyata keçirirlər. Bu da Ukrayna gənclərini yenidən Maydana qaytarır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info