Sabiq nazir BMT baş katibi vəzifəsinə iddialıdır
Tarix: 23.02.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Moldovanın sabiq baş nazir müavini və xarici işlər, Avropa inteqrasiyası naziri Natalya Germanın BMT-nin baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb.
Bu barədə BMT-nin mətbuatla əlaqələr bürosundan verilən məlumatda deyilir. “Natalya German müstəsna keyfiyyətləri olan diplomatdır, onun liderlik bacarıqları həm milli, həm də beynəlxalq səviyyədə məlumdur”, - deyə Moldova hökuməti adından BMT-yə ünvanlanan məktubda qeyd edilir. German qeydiyyata alınan 6-cı namizəd olub. Digər namizədlər arasında UNESCO-nun baş direktoru və Bolqarıstanın sabiq xarici işlər naziri İrina Bokova, Sloveniyanın sabiq prezidenti Danilo Türk, Monteneqro və Xorvatiyanın xarici işlər nazirləri, habelə Makedoniyanın sabiq xarici işlər naziri Sdrjan Kerim var. Bəzi məlumatlara görə, növbəti baş katib vəzifəsinə Mərkəzi və Şərqi Avropa ölkələrindən qadın namizədin seçiləcəyi ilə bağlı BMT daxilində gizli razılaşma mövcuddur. BMT baş katibi vəzifəsinə seçkilərlə bağlı kampaniya 2015-ci ilin dekabrından başlayıb. Namizədlərin nəzərdən keçirilməsinə isə Təhlükəsizlik Şurası 2016-cı ilin iyulundan gec olmayaraq başlayacaq. Pan Gi Munun xələfi 2017-ci il yanvarın 1-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info