Zigen Universitetinin profesoru ADNSU-da
Tarix: 23.02.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Dünən Almaniyanın Zigen Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, professor Ulrix Eberxart Azərbaycan Dövlət Neft və Sənaye Universitetində səfərdə olub.
Almaniyalı qonağı rektor, professor Mustafa Babanlı qəbul edib. Görüşdə ADNSU və Zigen Universitetləri arasında qurulan dostluq əlaqələri, ikitərəfli əməkdaşlıq və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində irəli sürülən səmərəli təkliflər paketi müzakirə olunub. U.Eberxart ADNSU ilə 26 il əvvəl qurulan əlaqələri xatırlayaraq, gördüyü ən yaxşı işlərin məhz bu universitetlə bağlı olduğunu bildirib. O, Azərbaycana rəğbətini burada olan universitetlərdə savadlı, istedadlı gənclərin, mütəxəssislərin olması ilə əlaqələndirib. Qonaq Azərbaycana, ADNSU-ya səfərini evinə gəlmiş kimi təsəvvür etdiyini vurğulayıb. O, ADNSU ilə qurulan əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirib. ADNSU professoru Rafiq Əliyev tələbələrimizin Zigen Universitetində təhsil almaları üçün qurulan ilkin əlaqələrdən danışıb və hazırda həmin universitetdə 60-dan çox azərbaycanlı tələbənin uğurla təhsil aldığını qeyd edib. Zigen Universitetində Azərbaycandan olan tələbələrin 80 faiz nəticə topladığı vurğulanıb. Görüşdə ADNSU-da bakalavr, magistr, post doktorant pilləsində təhsil alan tələbələrin Zigen Universitetinə göndərilməsi ilə yanaşı, həmçinin həmin universitetdən tələbələrin ADNSU-ya göndərilməsi məsələsi önə çəkilib. Eyni zamanda tədqiqat əlaqələrin genişlənməsi, birgə doktorluq işlərinin hazırlanması və sair səviyyələrdə əməkdaşlığın aparılması yönündə qarşılıqlı razılaşmalar əldə olunub. Rektor Mustafa Babanlı rəsmi şəkildə Zigen Universitetinin rəhbərini ADNSU-ya dəvət edib. Eyni zamanda Zigen Universiteti ilə qurulan 26 illik dostluq və əməkdaşlıq əlaqələrini dəstəklədiyini bəyan edərək, bu münasbətlərin uzun illərə daşınması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Görüş zamanı ikili diplomların tanınması məsələsi, gələcəkdə tədrisin yeni standartlara uyğun aparılmasına əsaslanaraq ixtisas adlarının müəyyən edilməsi və sair məsələlərlə bağlı bir sıra nüanslara toxunub.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info