“Müdafiə mərhələlərinin növbələri yorucudur”
Tarix: 23.02.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Fatma Hüseynova: “Nizami adına Ədəbiyyat İnstitutunda gənclərin elmi dərəcə almaları üçün yaradılan imkanlar daha da genişləndirilib, keyfiyyətli, orijinallığı ilə seçilən elmi işlərin növbəsiz mudafiələrə buraxılması rəhbərlik tərəfindən təmin edilir”

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Fatma Hüseynovadır. Bizimlə söhbətində o, gənc alimlərin elmi fəaliyyəti və onlar üçün aktual olan məsələlər barəsində fikirlərini bildirdi. Gənc alimlərin problemlərinə toxunan müsahibimiz bildirdi ki, istənilən sahədə olduğu kimi, elm sahəsində də mövcud olan problemlərə qarşı elm adamlarının, alimlərin reaksiyası, münasibəti fərqlidir:
“Ancaq mənim diqqətimi daha çox gənclərin bu problemlərə qarşı olan ümidsizliyi cəlb edir. Və eyni zamanda təəssüfləndirir. Gənc elm adamları elmə təkcə “çörək ağacı” kimi baxmamalıdır, onlar, sahib olduqları, qazandıqları elmlə ilk növbədə millətin mədəni, mənəvi inkişafına xidmət etməlidirlər. Düşünürəm ki, ümidsizlik olmasa, mövcud problemlərin həllinə daha tez nail ola bilərik”. Gənc alimlərin elmi tədqiqatlarla kifayət qədər məşğul olmaları üçün hansı şərtlərin mövcud olmasına gəlincə, F.Hüseynova qeyd etdi ki, gənc alimlər, tədqiqatçılar dövlətin xüsusi diqqət mərkəzindədir və bu münasibət sistemli olaraq bir sıra qanun və yeni qəbul olunan proqramlarda öz əksini tapır: “Dövlətin gənc elm adamlarına qayğısı, ilk növbədə onların elmi fəaliyyətini stimullaşdırmağa, daha səmərəli və effektiv elmi araşdırmalarla məşğul olmalarına xidmət edir. Çünki stimullaşdırma müasir dövrdə inkifaşın əsas şərtlərindəndir. İstənilən sahədə olduğu kimi, elm sahəsində də bu şərt olmadan dünya həqiqətləri ilə ayaqlaşmaq mümkün deyil”. Gənc alimlərin yetərincə elmi tədqiqatlarla məşğul olmaları və effektiv fəaliyyət göstərmələri üçün öz təkliflərini bildirən doktorantın fikrincə, bu gün istənilən gənc alim öz elmi fəaliyyətində başlıca olaraq dünya elminə inteqrasiyanı məqsəd olaraq seçməli, dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək üçün çalışmalıdır: “Bunun üçün də beynəlxalq elmi konfranslarda iştirak etmək, inpakt faktorlu jurnallarda məqalələr nəşr etdirmək lazımdır”.
Gənc tədqiqatçıların əsas məsələlərindən biri elmi dərəcə almaq üçün bürokratik əngəllərlə qarşılaşmaları ilə bağlı fikir bildirən F.Hüseynova düşünür ki, Azərbaycan elmində, təhsilində köklü və müsbət dəyişikliklər olsa da, hələ də bəzi çətinliklərin, çatışmazlıqların qalması heç kəsə sirr deyil: “Elmi dərəcələrin alınması ilə bağlı yaranan bu cür problemlər, müdafiə mərhələlərinin yorucu növbələri gənc tədqiqatçılarda çox vaxt ruh düşkünlüyü yaradır. Ancaq onu da qeyd etmək istərdim ki, doktorantı olduğum Nizami adına Ədəbiyyat İnstitutunda son illər gənclərin elmi dərəcə almaları üçün yaradılan imkanlar daha da genişləndirilib, keyfiyyətli, orijinallığı ilə seçilən elmi işlərin növbəsiz mudafiələrə buraxılması rəhbərlik tərəfindən təmin edilir”.
Fəlsəfə doktoru(PHD) dərəcəsi almaq üçün əsas şərtlərdən biri İELTS imtahanından minumum 7 bal toplamaqdır. Bununla bağlı müsahib bildirir ki, müasir dünyada elmi proseslərin iştirakçısı olmaq üçün birinci növbədə ingilis dilinə yüksək səviyyədə hakim olmaq lazımdır: “Çünki bu istiqamətdə olan bütün məşhur jurnallar, nəşrlər, onlayn kitabxanalar ingiliscədir.AMEA Rəyasət Heyətinin bu qərarını mən yüksək hal kimi qiymətləndirirəm. Düşünürəm ki, doktorantların ingilis dilini arzuolunan səviyyədə mənimsəmələri üçün təhsil müddəti ərzində akademiyada müəyyən şəraitlər yaradılmalıdır. Elm və Təhsil idarəsi nəzdində dil təkmilləşdirmə kursları təşkil olunmalı, həmin kurslara yüksək səviyyəli mütəxəsislər cəlb olunmalıdır. O zaman doktorantlardan tələb olunan nəticələri almaq daha real olacaq”.
Gənc alim və tədqiqatçıların maddi-sosial baxımdan stimullaşdırılması ilə bağlı bildirən doktorant, gənc tədqiqatçıların bütün diqqəti və potensialı öz işlərinin keyfiyyətinin yüksəlməsinə yönəltmələrinin vacibliyini bildirir: “Bunun üçün onların maddi təminatı olmalıdır. Əməkhaqlarının yaşam şərtlərinə uyğun olması, evsizlərin evlə təmin olunması, güzəştli kreditlərin verilməsi maddi-sosial baxımdan stimullaşdırılmaq deməkdir”. Doktorantın fikrincə, son dövrlər dövlət tərəfindən bu yöndə atılan addımlar bu məqsədə xidmət edir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Yüksək balla Aİİ-ni seçən tələbə: “Sosial şəbəkələrdən istifadə etmədim, gəzintilərə az vaxt ayırdım”
19.08.2019
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19.08.2019
“Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
15.08.2019
“Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
08.08.2019
“İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info