Futbolçu baş hakimə qırmızı vərəqə göstərdi
Tarix: 23.02.2016 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Türkiyə superliqasının 22-ci turunda dünən keçirilən "Qalatasaray" - "Trabzonspor" matçında qeyri-adi hadisə baş verib.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, qonaq komandanın futbolçusu Salih Dursun qarşılaşmanın baş hakimi Deniz Ateş Bitnelə qırmızı vərəqə göstərib. Hadisə hakimin "Trabzonspor"un qapısına şübhəli penalti təyin etməsindən sonra başa verib. Qaydanı pozduğu iddia edilən Luis Pedro Kavanda baş hakimə etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Bu qərardan sonra hakimə etirazlar davam edib. D.A.Bitnelin qırmızı vərəqəni yerə düşürdüyünü görən S.Dursun vərəqəni yerdən götürərək hakimə göstərib və əli ilə "çıx meydandan" işarəsi verib. Bu hərəkətinə görə hakim S.Dursunu da meydandan qovub. Bu, “Trabzonspor"un qarşılaşmada 4-cü qırmızı vərəqəsi olub. Kavanda və Salih Dursundan əvvəl Özer Hurmacı və Aykt Demir iki sarı vərəqə ilə cəzalandıqları üçün meydanı tərk etmişdilər. Qeyd edək ki, "Qalatasaray" - "Trabzonspor" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info