İrəvanda narazılıq səngimək bilmir
Tarix: 22.02.2013 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


İrəvan meri fevralın 23, 24 və 25 tarixlərində İrəvanın Azadlıq Meydanında keçiriləcək mitinqlə bağlı Raffi Ovannisyanın səlahiyyətli nümayəndəsi Armen Martirosyan tərəfindən təqdim olunmuş xəbərdarlığı rədd edib.
Bu haqda “Tert.am”a danışan Armen Martirosyan deyib ki, onlar Ermənistanın Konstitusiyasına və beynəlxalq konvensiyalara əsaslanaraq mitinq keçirəcəklər.
“Konstitusiya bizə dinc mitinqlər keçirmək hüququ verir, üstəgəl insan hüquqlarının qorunması üzrə konvensiyaya, o cümlədən bəyannamələrə qoşulmuşuq. Bu sənədlərdə isə insanlara, dinc mitinqlərin keçirilməsinə süni maneələri birmənalı şəkildə rədd edən hüquq verilir”, - deyə A.Martirosyan bildirib.
Qeyd edək ki, İrəvan meri Martirosyanın bəyanatını Ermənistanın “Toplaşmaq azadlığı haqqında” 12 fevral qanununa əsaslanaraq rədd edib. Həmin qanuna əsasən, xəbərdarlıq mitinqin keçirilməsinə 7 gündən az bir müddət qalmadan 30 gün əvvəldən edilməli idi.
“Biz, təbii ki, bunu bilirik. Lakin qanun meriyaya təşkilatçı funksiyası versə də, biz ona icraçı orqan kimi müraciət etdik. Belə bir qısa müddətə isə mitinq tənzimlənmir”, - Martirosyan deyib.
Yekunda Armen Martirosyan bildirib ki, qanun sonadək bu məsələni tənzimləməsə, onlar özləri konstitusiya hüququndan istifadə edərək mitinq keçirəcəklər.

NURANƏ




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info