“Viza rejimi sadələşəcək”
Tarix: 23.02.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Mahmud Vaezi:“İran-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb”

“Son 20 il ərzində İran-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Təkcə ötən il iki dövlətin rəsmi şəxsləri arasında 55 görüş keçirilib. Bu görüşlərdə əldə edilən razılaşmaların əksəriyyəti icra olunub”.
Bu fikri İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iranlı həmsədri Mahmud Vaezi deyib. İranlı nazir bildirib ki, aparılan danışıqların nəticəsi olaraq rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza rejimini sadələşdirəcək. Azərbaycan və İran prezidentləri ölkələrimiz arasındakı əlaqələrin inkişafını diqqətdə saxlayırlar ki, bu da gələcəkdə daha da səmərəli əməkdaşlıq üçün zəmin yaradır.
Dövlət Komissiyası haqqında danışan M.Vaezi deyib ki, iki ölkə arasındakı əlaqələrin inkişafı məqsədilə yaradılan komissiyanın indiyədək göstərdiyi fəaliyyət uğurlu olub. Komissiyada nəqliyyat, energetika, səhiyyə və qadın məsələləri üzrə komitələr yaradılıb. Bu komitələrin gündəliyinə çıxarılan problemlər müzakirə edilərək müsbət nəticələr əldə olunub.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info