AŞ PA prezidenti Ermənistan nümayəndəsini sərt tənqid etdi
Tarix: 23.02.2016 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin iclasında AŞ Parlament Assambleyasının yeni seçilmiş prezidenti Pedro Aqramunt Dağlıq Qarabağ problemi ilə bağlı müzakirə zamanı Ermənistan nümayəndə heyətini sərt tənqid edib.
“Dailykarabakh” saytının verdiyi məlumata görə, Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin 19 fevralda keçirilmiş iclasında AŞ Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş Prezidenti P.Aqramunt nümayəndələr qarşısında çıxış edib.
P.Aqramunt “Beynəlxalq terrorizmə qarşı mübarizə", "Qorxusuz yaşamaq azadlığı", "Qaçqın və miqrasiya böhranı", "Ölkələr arasında mehriban qonşuluq münasibətlərinin təşviqi”ni dörd prioritet istiqamət kimi qeyd edərək bu mövzularda fikirlərini çatdırıb.
Qeyd olunur ki, o, dördüncü prioritet sahə üzrə konkret təşəbbüslər kimi AŞ üzvü ölkələrinin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi, eləcə də Avropanın bir sıra regionlarında, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunda dondurulmuş münaqişələr məsələsinin müzakirəsinin davam etdirilməli olduğunu qeyd edib. AŞ PA Prezidenti keçmiş sovet respublikaları ərazisində mövcud olan münaqişələri, eləcə də Dağlıq Qarabağ münaqişəsini Avropanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.
Ermənistanın AŞ PA-dakı nümayəndəsi P.Aqramuntun çıxışında işlətdiyi “Azərbaycanın Dağlıq Qarabağ regionu” ifadəsini AŞ PA Prezidentinə irad tutaraq, o fikri rədd etdiklərini bildirib və ATƏT-in Minsk Qrupunun səlahiyyətli olduğu münaqişənin AŞ PA-da müzakirəsinin düzgün olmadığını qeyd edib.
P.Aqramunt AŞ PA üzvlərinin məqsədə müvafiq hesab etdikləri istənilən məsələni müzakirə etməkdə sərbəst olduqlarını bildirib, illərdir davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməli olduğunu və bu xüsusda “dəvəquşu kimi başı qumda gizlətməyin” fayda vermədiyini qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info