Xocalı Los Ancelesdə xristian, müsəlman və yəhudi dini icmaları tərəfindən birgə anılıb
Tarix: 23.02.2016 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 24-cü ildönümü ABŞ-ın Los Anceles şəhərində müxtəlif dini etiqad daşıyıcılarının iştirakı ilə keçirilmiş geniş tədbirlə yad olunub.
Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun, Los Ancelesdə fəaliyyət göstərən Pico Shul yəhudi sinaqoqunun və nüfuzlu Kral Fəhd Məscidinin birgə təşkilatçılığı ilə 2016-cı ilin fevralın 21-də sözügedən məsciddə keçirilib.
Bu barədə konsulluqdan məlumat verilib.
Tədbirdə Los Ancelesdəki müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri, eləcə də bu dinlərin müxtəlif cərəyanlarına mənsub geniş ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin, Federal Təhqiqatlar Bürosunun Los Anceles nümayəndəliyinin əməkdaşları, müxtəlif siyasətçilər, bir sıra ölkələrin baş konsulları, fəxri konsulları və konsulluq əməkdaşları, eləcə də müxtəlif etnik icmaların fəalları tədbirə qatılıb.
Tədbirdə müsəlman icması adından Kral Fəhd Məscidinin direktoru Məhəmməd Xan, İmam Əbdül Hafiz, yəhudi icması adından Ravvin Dov Kohen və Ravvin Yona Bukstayn, eləcə də xristiyan icması adından Rahib Oliver E. Blue, Yepiskop Xuan Karlos Mendez və Eamon Kelly Ata çıxış edərək, Xocalı qətliamının dəhşətləri ilə bağlı öz təəssüratlarını bölüşüblər. Natiqlər vurğulayıblar ki, hazırda dünyanın müxtəlif ölkələrində münaqişələr nəticəsində hər gün yüzlərlə insanın qətlə yetirilməsinə diqqət çəkərək bildiriblər ki, bu günkü faciələrin kökündə Xocalı qətliamı kimi dəhşətli hadisələrin vaxtında qarşısının alınmaması dayanır.
Növbəti çıxış üçün söz Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə verilib. Xocalı qətliamının bəşəriyyətin yaddaşında qanlı bir ləkə olduğunu bildirən diplomat, Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq siyasətindən bəhs edib.
Baş konsul bildirib ki, Ermənistan prezidenti S.Sarkisyan da daxil olmaqla, ölkənin siyasi rəhbərliyində təmsil olunan bir çox şəxslərin Xocalı qətliamında iştirakı faktlarla sübuta yetirilsə də, onlar indiyə qədər məsuliyyətdən yayına bilmişlər.
Baş konsul son bir neçə həftə ərzində qətliamın pislənilməsi ilə bağlı bəyannamələr imzalamış Havay, Montana və Nebraska ştatlarının qubernatorlarına təşəkkürünü bildirib. İşğalın vurduğu ziyanlara və yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanın müstəqil dövlət kimi inkişafından bəhs edən baş konsul, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə çağdaşlaşdığını, əsl tolerantlıq məkanına çevrildiyini qeyd edib.
Daha sonra Xocalı qətliamının canlı şahidlərindən Anar Usubov çıxış edərək, öz kədərli xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Tədbir, Xocalı qətliamı zamanı ermənilərə əsir düşən azərbaycanlı qadın Dürdanə Ağayeva ilə Baş Konsulluğun sifarişi əsasında 2015-ci ildə Los Ancelesdə lentə alınmış video-müsahibənin nümayişi ilə davam edib. Müsahibə tədbir iştirakçılarını dərindən mütəəssir edib.
Tədbir dua mərasimi ilə başa çatıb. Belə ki, müsəlman, xristian və yəhudi din xadimləri tərəfindən Xocalı qətliamının qurbanlarının xatirəsinə hər üç dinə mənsub dualar oxunaraq, dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün həmrəylik nümayiş etdirilib.
Tədbirin sonunda Xocalı qurbanları üçün ehsan süfrəsi açılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info