Qırğızlar iş axtarmaq üçün ölkəni tərk edir
Tarix: 23.02.2016 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Qazaxıstanda
avtomobillərə tələb azalıb

Qazaxıstanda keçən ilə nisbətlə minik avtomobillərinə tələb azalıb. Belə ki, Qazaxıstanda 2016-cı ilin yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 84,8 faiz, yük maşını istehsalı isə 25,3 faiz azalıb.
Qazaxıstanda “Asiya Auto”, Saryarka Avtomobil Sənaye və “Agromaş holdinq” şirkətləri, “Kia”, “Chevrolet”, “Skoda”, “Hyundai”, “SsangYong Peugeot” və digər şirkətlərin avtomobilləri istehsal edilir. 2015-ci ildə Qazaxıstanda istehsal edilən minik avtomobillərinin sayı 12 min 450, yük maşınlarının sayı isə 1660 olub.
Qazaxıstanda 2015-ci ildə yeni avtomobil üçün tələbin əhəmiyyətli ölçüdə aşağı düşdüyü və yalnız 97 min 450 ədəd olduğu bildirilib. Bu rəqəmlər 2014-cü ilə görə 40,4 faiz azalma olduğunu göstərir.

Qırğızıstan Dövlət Miqrasiya Xidmətləri başçı köməkçisi Almaz Asanbayev bildirib ki, ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olması əhalinin iş axtarmaq üçün başqa dövlətlərə getməsini sürətləndirib. Belə ki, artıq 58 min qırgız çalışmaq üçün Rusiyaya gedib. Asanbayev bildirib ki, Qırğızıstanın 12 avqust 2015-ci ildə daxil olduğu AİB üzvlüyündən sonra Rusiyaya işləmək üçün gedən vətəndaş sayı artmaqdadır. Qırğızıstanda 6 ay içində bu rəqəmin artıq 60 minə yaxınlaşdığını deyən Asanbayev, Rusiyada çalışan qırğızların sayının 558 minə çatdığını qeyd edib. O, Qazaxıstana gedən qırğız vətəndaşlarının sayında da artım olduğunu, bu ölkədə çalışan qırğızların sayının son 6 ayda 85 mindən 113 minə çatdığını bildirib. Birliyin təmin etdiyi yaşayış və iş icazəsinin asanlığı üzv ölkələrə köçü artırıb. Ölkənin İqtisadiyyat Nazirliyinin məlumatına görə, Qırğızıstanın AİB-ə üzv olması gömrük, enerji və infrastruktur kimi sahələrdə əməkdaşlıq imkanları yaradıb. Bu çərçivədə Rusiyanın, ölkənin gömrük infrastrukturuna 200 milyon dollarlıq texniki kömək etdiyi deyilir. AİB-ə uyğunlaşma qanunları çərçivəsində qurulan Qırğızıstan-Rusiya İnkişaf Fondunun qırğız əkinçilərə kredit verməyə başladığı qeyd edilir.

“Cargill” Qara dəniz bölgəsinə satışlarını
dayandırır


Qida, kənd təsərrüfatı, maliyyə və sənaye məhsul sektorlarında fəaliyyət göstərən “Cargill” şirkəti Qara dəniz bölgəsindəki fermerlərə toxum, gübrə və kənd təsərrüfatı kimyəvi maddələri satışına son verəcəyini açıqlayıb. “Reuters” internet saytında yer alan xəbərə görə, “Cargill” mövcud əmtəə qiymətlərini göz önünə alaraq şirkətin müəssisə sayında azalmaya getdiyi bildirilir. Şirkət bazarlardakı dalğalanmalara qarşı yenidən qurulacaq. “Cargill” Rusiya, Ukrayna, Rumıniya və Macarıstan kimi Qara dəniz bölgəsi ölkələrində kənd təsərrüfatı məhsulları müəssisələrini bağlamaq işlərinə dərhal başlayacaq. Şirkət bu ilin iyun ayında bölgədən tamamilə ayrılacağını planlaşdırır.
O da vurğulanır ki, “Cargill”in, Qara dəniz bölgəsindən ayrılması 180 nəfər işçiyə təsir edəcək. “Cargill”in Avropa, Orta Şərq və Afrikada ümumi 25 min və dünya səviyyəsində 150 min işçisi olduğu qeyd edilir. O da vurğulanır ki, şirkət bu bölgədə taxıl və yağlı toxum ticarətinə davam edəcək. Qeyd edək ki, “Cargill” keçən il yenidən qurulmuş və bu çərçivədə işdən çıxarmalar da baş vermişdi. Həmçinin keçən ay şirkət, Londonda fəaliyyət göstərən nəqliyyat şirkətini bağlayacağını da açıqlamışdı.

Fransa kənd təsərrüfatı istehsalçıları çətin vəziyyətdə

Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı müqaviləsinin (TTIP) yeni dövr müzakirələri başladığı bir vaxtda avropalı fermerlər gələcəkləri üçün narahatdırlar. Fevralın 22-də başlayan TTIP 12-ci müzakirələri zamanı, Fransanın kənd təsərrüfatındakı böhranla əlaqədar narahatlıqlar artır. Fransa Maliyyə Nazirliyi Ticarət siyasətinin başçısı Charles-Henri Weymuller “EurActiv” saytına bildirib ki, Amerika və Avropa Birliyi arasında danışıqları davam edən TTIP-in Fransa iqtisadiyyatına ciddi təsirləri olacaq. Parisdə təşkil edilən görüşlərdə Fransa əkinçilik kooperativi “InVivo” yetkililərindən olan Yves Morvan bildirib ki, Fransada kənd təsərrüfatı sektorları onsuz da çətin zaman keçirir. Belə bir mühitdə ticarət razılaşması ilə əlaqədar danışmaq çətindir. Maldarlıqla məşğul olan sahibkarlar isə TTIP qarşısında ən çox etiraz edənlər arasında yer alır. Onsuz da iqtisadi cəhətdən çətin zamanlar keçirən istehsalçılar, Amerika ətinin idxalındakı artımla bazarda mövcud olmayacaqları narahatlığını yaşayırlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info