Bu il sahibkarlara verilən kreditlər arta bilər
Tarix: 22.02.2013 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Bu il Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) sahibkarlara əvvəllər verilmiş kreditlər üzrə 125 mln. manat məbləğində vəsait geri qaytarılacaq.
Bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib. Onun sözlərinə görə, SKMF-a geri qaytarılan vəsaitlərin həcmi ilbəil artır və ötən il fonda 137,4 mln. manat vəsait sahibkarlar tərəfindən geri qaytarılıb: «Cari il ərzində SKMF tərəfindən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 250 mln. manat məbləğində güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Lakin bu məbləğ minimumdur. Fond tərəfindən əvvəllər verilmiş kreditlər üzrə qaytarılan vəsaitlər hesabına güzəştli kreditlərin ümumi həcmi nəzərdə tutulduğundan daha çox ola bilər. Belə ki, bir çox sahibkarlar aldığı kreditləri vaxtından öncə qaytarır. Bu il 125 mln. manat məbləğində vəsaitin geri qaytarılacağı gözlənilir ki, məbləğ bundan da çox ola bilər». Ş.Abdullayev onu da bildirib ki, cari ilin ötən dövrü ərzində SKMF tərəfindən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 52 mln. manat kredit ayrılıb: «Ötən il ərzində fond tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin 69%-i aqrar sənaye kompleksində həyata keçirilən layihələrə yönəldilib. Bu il ərzində də sözügedən sahə prioritet qalacaq və ümumi kreditlərin 80%-ə yaxın hissəsi məhz aqrar sənaye kompleksinə yönəldiləcək». Qeyd edək ki, 2012-ci il ərzində SKMF tərəfindən 200 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulsa da, əvvəllər verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitlər hesabına güzəştli kreditləşmənin ümumi həcmi nəzərdə tutulduğundan 9% çox olub və 218 mln. manat təşkil edib.
Asif NƏRIMANLI




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info