Türk telekanalları Xocalı ilə bağlı canlı yayımlar həyata keçirəcək
Tarix: 23.02.2016 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


“TRT ənənəsinə sadiq qalaraq, Xocalı soyqırımı haqqında həqiqətləri 25 və 26 fevral tarixlərində canlı yayımlarla “TRT 1”, “TRT Haber”, və  “TRT Avaz” kanalları vasitəsilə dünyaya çatdıracaq”.
Bu barədə TRT-nin Bakı təmsilçiliyindən məlumat verilib. Bildirilib ki, “TRT Avaz” kanalının çəkiliş qrupu 24-26 fevral tarixlərində Bakıda olacaq. Onlar Azərbaycan Dövlət Televiziyasının texniki dəstəyi ilə Qız Qalası və Xocalı abidəsi önündən canlı yayım həyata keçirəcək. 
TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanin verdiyi məlumata görə, “TRT Avaz” Kanal koordinatoru Murat Akkoç və “Detay 13” proqramının aparıcısı Gökçən Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 2 gün boyunca Bakıda silsilə canlı yayımlar reallaşdıracaq. O, hər il olduğu kimi, bu il də anım günlərində eyni həssaslıqla hazırlanan proqramların, Xocalı şahidlərindən alınan müsahibələrin, sənədli filmlərin və kliplərin “TRT Avaz”,  “TRT Haber” ekranlarında yayımlanacağını bildirib. Bununla yanaşı, TRT Bakı Təmsilçiliyinin hazırladığı  “Xocalının Şahidləri” adlı 12 bölümdən ibarət proqram TRT kanallarında yayımlanacaq.  
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info