Xocalı qətliamının ilk şahidi - ukraynalı pilot Bakıya gəlir
Tarix: 23.02.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç sabah Bakıya gələcək. Bu barədə məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Ukraynadakı baş koordinatoru Hikmət Cavadov verib. 
H.Cavadov bildirib ki, Kraveç Leonid Markoviç fevralın 24-27 tarixlərində Bakıda UABD-nin Xocalı qətliamına həsr olunmuş silsilə tədbirlərində iştirak edəcək. O, Azərbaycana səfərini Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq. Daha sonra onun UABD sədri Hikmət Cavadovun müşayiəti ilə Hərbi Prokurorluqda, Diasporla iş üzrə Dövlət Komitəsində və BDU-da görüşləri olacaq. 
Fevralın 25-də saat 11:00-da Kraveç Leonid Markoviç Beynəlxalq Mətbuat Mərkəzində  jurnalistlər üçün brifinq keçirəcək, Xocalıda gördüklərini danışacaq. Mətbuat konfransının ardınca UABD-nin təşəbbüsü ilə Ukraynadan gətirilmiş və Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Əsərlərin müəllifi – Ukrayna Rəssamlar İttifaqının üzvü və UABD-nin fəallarından Rasim Seydimov çəkdiyi əsərlər haqqında geniş məlumat verəcək.
Kraveç Leonid Markoviç “Cəhənnəmi görmüş pilot” sənədli filminin təqdimatında da iştirak edəcək. Film Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb. Layihənin  müəllifi və rəhbəri UABD-nin sədri Hikmət Cavadov, rejissoru isə Elmar Məlikovdur.
Fevralın 27-də Kraveç Leonid Markoviç Azərbaycan KİV nümayəndələrilə Gəncə şəhərinə səfər edəcək. 
Qeyd edək ki, Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmədtə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info