Böyük mütəfəkkirə ehtiram
Tarix: 22.02.2013 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Böyük demokrat yazıçı, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin doğum günü Naxçıvan Dövlət Universitetinin çoxsaylı kollektivi tərəfindən ənənəvi olaraq bu il də qeyd olundu. Bu münasibətlə universitet rektorluğu, professor-müəllim heyətinin və tələbələrin bir qrupu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli yazıçı-publisist, böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki abidələrini, Ana dili abidəsini ziyarət etdilər, abidələrin önünə tər çiçək dəstələri qoyuldu. Rektor, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının və mətbuatının görkəmli nümayəndəsi, ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və fəaliyyəti, nəsr, dramaturgiya yaradıcılığı, bədii publisistikası haqqında ətraflı məlumat verdi. Tələbələr tərəfindən ustad Mirzə Cəlilin publisistikasından nümunələr səsləndirildi.
Tədbir Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində davam etdirildi. Akademik, görkəmli mirzəcəlilşünas İsa Həbibbəyli böyük mütəfəkkirin yaşadığı və fəaliyyət göstərdiyi ictimai-siyasi mühit, nəsil şəcərəsi, başçılıq etdiyi Molla Nəsrəddin ədəbi məktəbi haqqında ətraflı məruzə etdi. Qeyd olundu ki, “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Danabaş kəndinin əhvalatları” kimi məşhur dram və nəsr əsərlərinin, maraqlı hekayələrin müəllifi, Şərqdə satirik publisistikanın banisi olan böyük ədib, vətənpərvər ziyalı Cəlil Məmmədquluzadənin yaradıcılığının əsas qayəsini təşkil edən azərbaycançılıq ideologiyası, milli tərəqqi və dirçəliş, milli azadlıq və həmrəylik bugünkü demokratik və inkişaf etmiş müstəqil Azərbaycanda təcəssüm etməkdədir.
Muzeyin əməkdaşı Səadət Qocayeva muzey haqqında məlumat verərək Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin ümummilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradıldığını, 13 oktyabr 1999-cu ildə şəxsən iştirakı ilə istifadəyə verildiyini, muzeyin fəaliyyətinə, zənginləşməsinə daim dövlət qayğısı göstərildiyini bildirdi. Universitet kollektivi muzeydəki yeni eksponatlarla tanış oldu. Akademik İsa Həbibbəyli ənənəsinə sadiq qalaraq C. Məmmədquluzadənin məhz onun təşəbbüsü ilə Misirdə ərəb dilində, Macarıstanda macar dilində nəşr olunan əsərlərini, özünün mollanəsrəddinçi M.S.Ordubadidən bəhs edən “Böyük ədəbiyyat nəhəngi” adlı yeni tədqiqat əsərini, professor Yavuz Axundlunun “Elmin və təhsilin işığında” adlı kitabını muzeyə hədiyyə etdi.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info