“Turizm iqtisadi yüksəlişə və yeni iş yerlərinin yaradılmasına kömək edir”
Tarix: 23.02.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


UNESCO və Avropa Komissiyası “mədəniyyət marşrutlarının” inkişafı üzrə birgə layihəyə başladıqlarını elan ediblər. Layihənin məqsədi turistləri Dünya İrsi obyektlərinə cəlb etmək və digər mədəniyyət yerləri və hadisələrini, məsələn, müəyyən Avropa marşrutları boyunca muzey və festivalları tanıtmaqdır.
BMT-nin Xəbərlər Mərkəzi bildirir ki, layihənin başlanması münasibətilə keçirilən tədbirdə Aİ-nin daxili bazar, sənaye, sahibkarlıq, kiçik və orta müəssisələr üzrə komissarı Eljbeta Benkovska vurğulayıb ki, turizm tarixi yerlər və şəhərlərə “yeni həyat bəxş edir”, insanlara digər xalqların keçmişini başa düşməkdə, iqtisadi yüksəlişə və bu gün vacib olan yeni iş yerlərinin yaradılmasına kömək edir.
Layihənin ilkin büdcəsi 1,5 milyon avro olacaq. Səyahətçilər üçün birinci “mədəniyyət marşrutları” 2017-ci ilin sonunda açılacaq. UNESCO-nun Dünya İrsi obyektlərinə gedən turistlər mobil əlavələr vasitəsilə mədəniyyət obyektləri haqqında xəritələr və məlumat əldə edə bilərlər.
UNESCO-nun Baş direktoru İrina Bokova deyib: “Avropanın “mədəniyyət marşrutları” layihəsi icma və regionların davamlı iqtisadi inkişafında mədəni irsin tükənməz mənbə kimi xidmət göstərmək bacarığını təsdiq edəcək”.
O, Avropa layihəsinin regionun digər ölkələrini də ruhlandıracağına ümidvar olduğunu bildirib.


Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info