Naxçıvanda Cəlil Məmmədquluzadənin 147-ci ildönümü qeyd edilib
Tarix: 23.02.2016 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Görkəmli dramaturq, yazıçı və publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 147-ci ildönümü Naxçıvan şəhərində qeyd edilib. Bu münasibətlə C.Məmmədquluzadənin ev-muzeyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova “Molla Nəsrəddin” məktəbinin banisi, ictimai xadim, böyük vətəndaş Cəlil Məmmədquluzadənin anadan olmasından 147 il ötdüyünü bildirib. Qeyd edilib ki, bu böyük şəxsiyyət Azərbaycanın milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində durmaqla bizim müasirimiz olub və bundan sonra da olacaq. Cəlil Məmmədquluzadənin əbədiyaşar zəngin irsi dünən, bu gün və gələcək nəsillər üçün müstəqillik, Azərbaycançılıq, millilik və vətəndaşlıq nümunəsidir.
Diqqətə çatdırılıb ki, Bakıda 1994-cü il dekabrın 18-də Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində ev-muzeyi açılıb. Ulu Öndərin 1998-ci il iyunun 19-da imzaladığı Sərəncama əsasən, Naxçıvan şəhərində də Cəlil Məmmədquluzadənin ev-muzeyi yaradılıb, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olub. Böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə ədibin xatirə muzeyləri yaradılıb, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə və Naxçıvan Dövlət Musiqili Dram Teatrına Cəlil Məmmədquluzadənin adı verilib.
Tədbirdə muzeyin direktoru Aytən Ələkbərova “Cəlil Məmmədquluzadənin həyatı”, Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli “Cəlil Məmmədquluzadə və dünya ədəbiyyatı” mövzularında çıxış ediblər.
Sonda Naxçıvan Musiqi Kolleci tələbələrinin hazırladıqları səhnəcik göstərilib və Cəlil Məmmədquluzadənin ev-muzeyinin ekspozisiyasına baxış olub.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Qala Sığorta” və “Qala Həyat”dan ədliyyə işçilərinə 20%-dək güzəştli sığorta
22.11.2018
İranlıların saxta sənədlərlə Azərbaycan sərhədindən keçmək cəhdinin qarşısı alınıb
22.11.2018
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs 22 dəfə pozulub
22.11.2018
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info