Samuxda iri aqrar təsərrüfat kompleksi yaradılır
Tarix: 23.02.2016 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkə qarşısında duran həlli vacib məsələlərdəndir. Problemin həlli məqsədilə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, bir sıra rayonlarda olduğu kimi, Samuxda da iri aqrar layihələr həyata keçirilməyə başlanılıb.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Samuxda əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması məqsədilə 3 min hektarlıq sahədə qarğıdalı, buğda, qismən də günəbaxan, soya və yonca bitkisinin becərilməsini nəzərdə tutan müasir təsərrüfat kompleksi yaradılır.
Ərazidə işləyən təşkilatlarla keçirilən görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev deyib ki, ölkəmiz kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından böyük potensiala malikdir. Sahibkarlar və kənd təsərrüfatı məhsullarının istehsalçıları təsərrüfatlarını günün tələbləri səviyyəsində qurmalıdırlar. Məhz bu cür fəaliyyətlə yüksək məhsuldarlığa əsaslanan mənfəətli təsərrüfat yaratmaq olar.
Görüşdə məlumat verilib ki, əkin sahələrinin suvarılması üçün “ABKON” şirkəti tərəfindən yeni sistem quraşdırılır. Bu məqsədlə 13 kilometr əraziyə Sumqayıt istehsalı olan borular vasitəsilə kəmər çəkilir. Artıq 3 kilometrə yaxın boru montaj olunub. Layihə çərçivəsində yaxın günlərdə həcmi 5 min kubmetr olacaq iki su anbarının tikintisinə, 3 nasos stansiyasının qurulmasına və 40 kilometrə yaxın suvarma xəttinin çəkilməsinə başlanılacaq.
Bildirilib ki, təsərrüfat sahəsində tikinti işlərinin aparılması sürətlə davam etdirilir və bu işlərin icrası yerli şirkətlərə həvalə olunub. Artıq ərazidə inzibati binaların tikintisinə başlanılıb. Ofis binasının və iki anbarın təməli qoyulub. Böyük qarajın tikintisi ilə bağlı hazırlıq işləri gedir. Tutumu 60 min ton olacaq taxıl anbarında qazıntı, betonlama işləri başa çatıb.
Layihəyə əsasən, “Aqro Dairy” MMC tərəfindən xaricdən kənd təsərrüfatı texnikaları da gətirilib. Bu məqsədlə 24 traktor, 5 taxılbiçən kombayn, 2 yemyığan kombayn, 2 müasir çiləyici, kultivator və taxılsəpən alınıb. Hazırda təsərrüfat üçün yağışyağdırma üsuluna əsaslanan müasir suvarma sistemi qurulmaqdadır.
Təsərrüfatda əkin zamanı yüksək keyfiyyətli sortlardan istifadə edilməsi nəzərdə tutulur. Məhsul yığımı dövründə isə hər hektardan orta hesabla 80-100 sentner məhsul götürüləcəyi gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info