Xocalı mənim gözümdə
Tarix: 23.02.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Mehriban Nəsib |

1992-ci il 25 fevral, həyat öz axarında davam edir. Kimsə qarşıdan gələn fəlakətin fəsadlarını hələ hiss etmir , fəlakət baş verəcəyini ağıllarından belə, keçirmirlər. Ana təbiət isə bu gün susqundur, gecədən yağan qar da sanki bizlə düşmənçilik aparır. Saatlar isə artıq gecə yarısını göstərir.
1991-ci ildən blokada altında saxlanılan Xocalı şəhəri bu gün son imtahanını verir. Etnik təmizlə siyasəti adı altında erməni cəlladları və Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayı Xocalı şəhərinə yeridildi və qətliam başladı. Dinc əhaliyə divan tutuldu, yaşlı, uşaq, qadın demədən. Bu cür amansızlığı faşistlər belə, törətməmişdilər. Mənim məğrur xalqım, Xocalı sakinləri buna məruz qaldılar. Bu elə bir gecə idi ki, yer, göy yox, hətta qundaqdakı körpə belə, dil açıb haqq, ədalət deyə, hayqırmalı idi. Bəli, təbiət də o gün bizə düşmən idi: yolumuzu kəsir , bizə mane olur, düşmənə isə sanki yardım əlini uzadırdı.
Bəs görəsən bu nə idi? Bu hadisəni nağılmı , hekayəmi, yoxsa tragediyamı adlandıraq? Yox, Yox! Bu qətiyyən nağıl deyil, axı biz bu cür qorxulu nağıllara şahid olmamışıq. Axı biz qorxulu nağılları Süleyman Sani Axundovun “Qaraca qız”, “Nürəddin” , “Əhməd və Məleykə” hekayələrindən tanıdıq. Mənim məğrur xalqım “qorxulu nağıl” deyəndə yalnız bu hekayələri məsəl çəkirdi, hansı ki, orda nə vəhşiliyin, nə cəlladlığın, nə də ki, vicdansızlığın təcəssümü yox idi. Bu, xalqın qanlı tarixinə yazılmış bir faciədir ki, bunu yalnız tragediya adlandırmaq olar.
Qısaca, keçmişə nəzər saldıqda aydındır ki, niyə və nəyə görə təzyiqlərə məruz qalırıq...? 1724-cü il ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi. Yerli əhalinin sıxışdırılması və rusların Qafqazda güclənmə strategiyası. Kimi qınayaq; özümüzü, yoxsa bizə kompakt şəkildə düşmənçilik edən şər qüvvələrimi? XVII əsrdən başlayan bu düşmənçilik siyasəti 90-cı illərdə şiddətini artırdı.
Azərbaycan! Bir də qoynunu yağı düşmənə açma !
Vətənim Azərbaycan daima igidliyi, qəhrəmanlığı, məğrurluğu sayəsində tarixdə yüksəklikdə olub, zirvələrə qalxıb, amma Xocalı faciəsindən sonra “tarix” dediyimiz anlayış mənim gözümdə öz dəyərini itirib.




 
Müəllifin son yazıları

10.09.2018 Kim məni xoşbəxt edəcək?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info