Nömrə daşınması xidmətinin test-sınaq işləri aparılır
Tarix: 22.02.2013 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində mobil operatorların rəhbərlərinin də iştirakı ilə geniş toplantı keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, toplantıda nömrə daşınması xidmətinin tətbiqi ilə bağlı mövcud vəziyyət təhlil edilib və müzakirələr aparılıb.
Toplantının sonunda mobil nömrə daşınması xidmətlərini idarə edəcək RİTN-nin Məlumat Hesablama Mərkəzi ilə "Azercell Telekom", "Bakcell LTD" və "Azerfon" MMC-lər arasında sellülar (mobil) nömrə daşınması xidmətlərinin göstərilməsinə dair müqavilələr imzalanıb və layihə ilə əlaqədar növbəti mərhələ başa çatıb.
Eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən mobil nömrə daşınması xidmətlərinin göstərilməsinə başlanılma tarixinin tərəflərin bu xidmətin göstərilməsi üzrə hazırlığı nəzərə alınmaqla elan ediləcəyi qərara alınıb.
Xatırladaq ki, sellülar (mobil) nömrə daşınması xidmətinin tətbiq edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və mobil operatorlar tərəfindən birgə işlər həyata keçirilib, nömrə daşınması xidmətinin tətbiqi ilə bağlı hüquqi normativ sənədlər qəbul edilib, onun fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılıb və uyğun test-sınaq işləri aparılıb.
Qeyd olunan texniki məsələlər öz həllini tapsa da, xidmətin tətbiqi və göstərilməsi ilə bağlı müvafiq prosedurları əks etdirən müqavilələrin imzalanması üzərində işlər aparılırdı.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info