Ermənistanda iqtisadi aktivlik 50 faiz azalıb
Tarix: 23.02.2016 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Ermənilərin alıcılıq qabiliyyəti də gündən-günə azalmaqda davam edir

«Ermənistanda yoxsulluğun səviyyəsinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətinin azalması da davam edir». Bu barədə Ermənistan Milli Statistika Xidməti tərəfindən nəşr olunan rəsmi məlumatlara əsaslanaraq «Aykakan jamanak» nəşri xəbər verib. Nəşr ölkə əhalisinin ötən ilin yanvar ayındakı alıcılıq qabiliyyətini bu ilin eyni dövrü ilə müqayisə edərək, əhali arasında alıcılıq qabiliyyətinin 1.7 faiz aşağı düşdüyünü bildirir. İndi erməni əhalisi öətən ildəkindən daha az mal almağa məhkumdur. .. Təbii ki, bunu ölkə əhalisinin azalması, ölkədən gedən miqrantların çoxalması ilə əlaqələndirənlər olsa da, burada mühüm bir hal da xüsusi olaraq nəzərə çarpmaqdadır. “Məsələ bundadır ki, bu ilin yanvar ayının ticarət göstəricilərini ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, ölkədə ticarət həcminin 7.5 faiz azaldığını görə bilərik.” Bunu da nəşr Milli Statistika Xidmətinin rəsmi sənədlərinə istinad edərək bildirir.
“Tert.am” saytı isə qeyd edir ki, bu müddət ərzində Ermənistanda iqtisadi fəallıq sahəsində də geriləmələr müşahidə edilməkdədir. Belə ki, yenə də rəsmi məlumatlara istinad edən MSX rəsmiləri bu ilin ilk ayını ötən ilin son ayı ilə müqayisə edərək 49.2 faiz geriləmə olduğunu müşahidə ediblər.
Eyni zamanda, bu ilin yanvar ayında əvvəlki ayla müqayisədə sənaye istehsalının həcmi də 28,7% azalıb. Xatırladaq ki, bu azalmalar ölkə iqtisadiyyatının bütün sahələrində nəcərə çarpmaqdadır.Məsələn, bu müddət ərzində ölkədəki tikintinin həcmi 0.7 faiz, elektrik istehsalı 6,9 faiz, əhalinin orta aylıq nominal əməkhaqqı 19,5 faiz aşağı düşüb. Lakin bütün bunların fonunda ölkə iqtisadiyyatının bütün sektorlarında artımın olduğunu iddia edən dövlət rəsmiləri, ölkə əhalisinin orta aylıq əməkhaqqında artım olduğunu gözə soxsalar da, Ermənistanda yoxsulluq səviyyəsi artmaqda davam edir. Sadə erməni əhalisinin ümidi tsə yenə də xaricdən göndərilən pul köçürmələrinə qalıb.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info