Yaxın vaxtlarda Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayacaq
Tarix: 23.02.2016 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Yaxın 3-4 ay ərzində Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayacaq.
Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
"Azərbaycanın digər bölgələrində də sənaye məhəllələrinin yaradılması ilə bağlı qiymətləndirmə və dəyərləndirmə işləri aparılır. Bununla bağlı təkliflər hazırlanaraq ölkə başçısına təqdim olunacaq", - deyə nazir müavini diqqətə çatdırıb.
Hazırda Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün inzibati binanın, ümumi sahəsi 7779 kvadratmetr olan dörd istehsal blokunun və bütün zəruri infrastrukturun tikintisi davam edir. Tikinti işlərinə 200 nəfərdən çox yerli sakin cəlb olunub. Ümumilikdə, Sənaye Məhəlləsi üçün ayrılmış 10 hektar torpaq sahəsində hər biri 2 moduldan ibarət və ümumi sahəsi 14908 kvadratmetr olan səkkiz istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcək. Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlarla danışıqlar aparılır. İlkin mərhələdə şirkətlər tərəfindən Sənaye Məhəlləsinə 7 layihə üzrə 15,6 milyon manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 10 milyon manat ayrılıb
26.09.2018
Avropa İttifaqı Azərbaycana tam dəstək verəcək
26.09.2018
Putin Rusiya və Azərbaycan regionlarının IX forumunda iştirak edəcək
26.09.2018
Süd məhsulları ixracı artacaq
26.09.2018
Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışı olub- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info