Qırğızıstanlı gənc Azərbaycana niyə gəlmək istəyir?
Tarix: 24.02.2016 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Asel İsmailova:“Dillərimiz çox bənzər olduğundan oxuduğum kitabları və dinlədiyim mahnıları asan şəkildə anlaya bilirəm”

Hər dəfə böyük sevinclə xaricdəki azərbaycanlı gənclərin müsahibələrini dərc edirik. Elə budəfəki müsahibimiz də gəncdir, amma qeyri-azərbaycanlıdır. Lakin buna baxmayaraq, Azərbaycanı sevir və hətta bizim ölkəyə gəlməyi də planlayır. Beləcə, buyurun, oxuyun: Asel İsmailova, Qırğıstanın Bişkek şəhərində yaşayır. 21 yaşı var. Çox aktiv gənclərdən biridir. Bişkek şəhərində yerləşən Qırğız-Türk Manas Universitetinin Turizm və sayahət fakültəsində təhsil alır.
- Niyə məhz Manas Universitetinin Turizm və səyahət fakültəsini seçibsiniz?
- Manas Universitetinin Turizm və səyahət fakültəsini seçdiyim üçün çox məmnunam. Çünki mən liseydə ikən coğrafiya dərsini çox sevərdim və bu dərsdən yarışmalara qatılıb müvəffəqiyyətlər əldə etmişəm. Bununla yanaşı, səyahət etməyi də çox sevirəm. Turizm və səyahət fakültəsini seçməkdə məqsədim turizm sahəsində keyfiyyətli təhsil almaq, dünyanı gəzmək, fərqli-fərqli ölkələri görmək və tanımaqdır. Məsələn, keçən il Türkiyənin Antalya şəhərində hoteldə 5 ay təcrübə keçdim.
Bizim universitetin turizm bölümünün tələbələri üçün hər il Qırğızıstanın müxtəlif turistik yerlərinə dərs dövrlərində gəzintilər təşkil edilir. Həmçinin turizm sektorundakı icraçılar universitetə dəvət edilir və tələbələrin bu sektordakı inkişafları ilə əlaqədar aktual məlumatlar əldə etmələri təmin edilir.
- Manas Universitetinin azərbaycanlı tələbələri ilə əlaqəniz necədir?
-Mən çox ictimai fəal biri olduğumdan dünyanın hər bir tərəfindən gələn tələbələrlə dostluq etməyi xoşlayıram. Dostluq mühitini çox sevirəm. Manas Universitetində oxuduğumdan bəri dünyanın fərqli ölkələrindən gələn tələbələrlə yoldaşlıq münasibəti qurmağa calışıram. Oxuduğum Turizm və səyahət fakültəsində 4 azərbaycanlı tələbə də təhsil alır. Buna görə onlarla daha sıx görüşüb, yoldaşlıq əlaqələrimizi gücləndiririk. Fakültəmizdə təşkil edilən proqramlara birlikdə qatılaraq fəallıq edirik. Xüsusilə qış mövsümündə onlarla birlikdə xizək mərkəzinə getməmiz bizlərə gözəl anlar yaşadır və hər il bu işi təkrarlamaqdan zövq alırıq.
Bundan başqa, tətildə öz aramızda yeməyə, velosiped sürməyə, boulinq oynamağa, kinoya gedərək vaxtımızı səmərəli keçirməyə çalışırıq.
- Sizin Azərbaycanla bağlı nə kimi məlumatınız var?
-Azərbaycan Qırğızıstan kimi keçmiş SSRİ-nin tərkibində olub. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra sürətli şəkildə inkişaf edib. Heydər Əliyev dövlətin başına gəldikdən sonra Azərbaycan və Azərbaycan xalqı üçün çox işlər görüb. Heydər Əliyevin vəfatından sonra onu oğlu İlham Əliyev prezident seçilərək ölkənin sürətlə inkişafını təmin edib.
Azərbaycanın gözəl şəhərləri haqqında məlumatım var. Qısa müddət içərində inkişaf edən paytaxt Bakı şəhəri turistlərin marağını çəkməyi bacarıb. 2012-ci ildə “Avroviziya” musiqi müsabiqəsi və 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda təşkil edildiyini bilirəm. Bu il “Formula-1” yarışları, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək.
Xəzər dənizindən çıxan neft dünya ölkələrinin bəzilərinə satılmaqdadır və bu neft ölkənin inkişafında böyük rol oynayıb.
Dini və dili bir olan Azərbaycan və Türkiyənin qardaşlığı mövzusunda çox məlumatım var.
- Sizin yaxınlardan Azərbaycanda olan varmı?
-Mənim nənəm sovet dönəmində Qırğızıstanın Talas şəhərində müəllim olaraq çalışıb. O zaman təşkil edilən bir yarışmaya qatılaraq onların komandasında hər kəsə nümunə olub. Buna görə Bakıya qazanmış olduqları ekskursiya sayəsində nənəm anamı da aparıb. 1984-cü ildə Yeni ili orada tələbələrlə birlikdə qeyd ediblər. Anamın mənə dediklərinə görə Xəzər dənizi, Qız qalası, muzeylər və tarixi yerlər onların diqqətini çəkib.
Bizim qohumlarımız 5 il Naxçıvanda yaşayıb. Qohumum hərbi cərrah olaraq çalışırmış. 1992-ci ildə Azərbaycanda gedən müharibə üzündən Qırğızıstana dönməyə məcbur qalıblar.
- Ürəyinizdən Azərbaycana səfər etmək keçibmi?
-Bir səyahətçi kimi diqqətimi çəkən ölkələrdən biri də Azərbaycandır. Sürətlə inkişaf etməkdə olan Azərbaycanagetmək niyyətim var. Azərbaycanın gözəl şəhərlərindən olan Bakı və Şəkidən dostlarım var. Onlar məni dəvət etdikləri üçün məzun olduqdan sonra bu şəhərləri görmək üçün səy edəcəm.
- Qırğız və Azərbaycan xalqları arasındakı oxşarlıq haqqında nə deyə bilərsiz?
-Türk toplumu olduğumuz üçün Qırğızıstan və Azərbaycan mədəniyyəti o qədər də fərqli deyil. Azərbaycan və Qırğızıstanın mədəniyyət bənzərliyi yalnız bu iki ölkə arasında deyil, bütün türk xalqlarında eynidir. Türk dünyasında qeyd olunan Novruz bayramının adət və ənənələrində ortaq mədəniyyətimiz özünü göstərməkdədir. Məsələn, bu bayramda edilən rəqslər, yeməklər, oyunlar və s. mədəniyyətimizin bənzərliyindən xəbər verməkdədir.
Bundan başqa, toylarda, bayramlarda, doğum günlərındə və s. edilən işlər mədəniyyətimizin eyni olmasını bildirir.
Həmçinin Azərbaycan və qırğız dilləri də bir-birinə o qədər də uzaq deyil. Dillərimiz çox bənzər olduğundan oxuduğum kitabları və dinlədiyim mahnıları asan şəkildə anlaya bilirəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info