Biləsuvarda yanvar-fevral ayları ərzində 400-ə yaxın yeni iş yeri yaradılıb
Tarix: 24.02.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Rayonda sənaye məhəlləsinin yaradılması məqsədilə 10 hektar torpaq sahəsi ayrılıb
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ötən 2015-ci ildə rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verib.
M.Quliyev bildirdi ki, hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 214.8 milyon manat olub. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2170 manat, orta aylıq əməkhaqqı isə 289 manat təşkil edib. Ötən il əhalinin gəlirləri 277.6 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 282.3 manat olub. Prezidentin ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması, iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi barədə tapşırıq və tövsiyələrinə uyğun olaraq Biləsuvar rayonunda da sənaye məhəlləsinin yaradılması istiqamətində işlər görülüb, bu məqsədilə 10 hektar torpaq sahəsi ayrılıb. Sənaye məhəllələrində ayrı-ayrı sahələr üzrə emal sexlərinin, zavod və fabriklərin yaradılması qarşıya başlıca məqsəd kimi qoyulub. Son illərdə rayonda kənd təsərrüfatı təyinatlı bir necə istehsal və emal müəsissələri yaradılıb. Bunlardan “Azərsun” Holdinqin “Natural Green Land” konserv zavodu, “Biləsuvar Aqro” MMC süd zavodu, “Aqromaster” MMC kənd təsərrüfatı məhsulları istehsalı, “MNK” narçılıq təsərrüfatı və s. göstərmək olar. Biləsuvar Rayon İcra Hakimiyyətində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı müvafiq sərəncamla 30 nəfərdən ibarət xüsusi qərargah yaradılıb, operativliyi təmin etmək məqsədilə “qaynar xətt” xidməti təşkil edilib. Biləsuvar Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurası və Apelyasiya Şurasının katibliyi yaradılıb. Keçirilən iclaslarda sahibkarlar tərəfindən 50 hektar sahədə kompleks heyvandarlıq təsərrüfatının yaradılması, 100 nəfərlik 3 ulduzlu otel tikintisi, çörəkbişirmə sexlərinin genişləndirilməsi, kollektiv təsərrüfatlarının yaradılması, yerüstü drenaj sisteminin qurulması, 1000 başlıq qoyunçuluq fermasının yaradılması, bəzi kənd təsərrüfatı texnikalarının alınmasına köməklik olunması, güzəştli şərtlərlə satılan gübrə və dərman preparatlarının normasının artırılması, rayonda çəltikçilik sahəsinin yaradılması kimi təkliflər veriblər. Heç şübhəsiz bu tədbirlərin reallaşması nəticəsində rayonumuzun iqtisadi-sənaye potensialı daha da güclənəcək, rayon sakinlərinin məşğulluq probleminin həllində əhəmiyyətli rol oynayacaq. Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 104 sahibkarlıq subyektinə 1.2 milyon manat kredit verilmişdir. 3 dekabr 2015-ci il tarixdə rayonda Sahibkarlığa Kömək Milli Fondu ilə birgə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib.
Prezidentin ölkəmizdə məşğulluğun təmin edilməsi və yeni iş yerlərinin yaradılması haqqında verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq bu ilin yanvar-fevral ayları ərzində ayrı-ayrı sahələr üzrə 400-ə yaxın əlavə iş yerləri açılıb, rayon sakinləri işlə təmin olunublar.
Ötən il Prezidentin sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılıb, 10 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi isə davam etdirilərək yolun 2,5 km-də asfalt örtük tikilib. Hazırda yolun asfaltlaşdırılması işləri aparılır. Bundan əlavə, şəhərin Nizami Gəncəvi və Səməd Vurğun küçələrində yol təmiri işləri aparılıb və yollara 2 km uzunluğunda asfalt örtük çəkilib. Hesabat dövründə Biləsuvar şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblərə cavab verən hər biri 100 və 200 yerlik 2 uşaq bağçasının tikintiləri başa çatdırılaraq istifadəyə verilib. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Elektrik şəbəkəsinin, Mərkəzi Rayon Xəstəxanasının və Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin, Xırmandalı kənd uşaq bağçası üçün 40 yerlik yeni binanın, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, Əsgərabad kənd tam orta məktəbin əsaslı təmiri işləri davam etdirilir. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılıb. Ötən dövr ərzində rayonda əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülərək bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilib. Rayonda əhalinin elektrik enerjisi ilə təmin edilməsi və infrastrukturun yenilənməsi istiqamətində ötən 2015-ci ildə əsaslı işlər görülüb. Ötən il “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində rayonumuzda da ağacəkmə aksiyaları keçirilmiş və 3500 ədəd çinar və digər ağaclar əkilib. 28 yanvar 2016-cı ildə rayonda pambıqçılığın inkişafı ilə bağlı kənd təsərrüfatı mütəxəssisləri və mülkiyyətçilərlə görüş keçirilib və qərara alınıb ki, yaranmış yeni şəraitdə pambıq istehsalının genişləndirilməsinə nail olunsun. Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızda ötən 2015-ci ildə görülən işlər barədə ətraflı məlumat verib. Digər çıxışlarda görülmüş işlər barədə ətraflı məlumat verilib və qarşıda duran vəzifələr müzakirə olunub.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info