Azərbaycan futbolunun əfsanəsi
Tarix: 24.02.2016 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


“Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim”. Bu sözlər Azərbaycan futbolunun görkəmli nümayəndələrindən biri, “Neftçi”nin və SSRİ yığmasının hücumçusu Anatoli Banişevskiyə məxsusdur.
Həqiqətən də, özünün dediyi kimi, “Neftçi”ni heç bir kluba dəyişməyən əfsanəvi futbolçunun xatirəsi indi də bakılıların, ölkəmizin futbol ictimaiyyətinin qəlbində yaşamaqda, vurduğu bir-birindən gözəl qollar idmansevərlər tərəfindən tez-tez xatırlanmaqdadır. Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. On altı yaşında “Neftçi”nin əsas heyətində debüt etmiş gənc futbolçu üç il sonra SSRİ yığmasına çağırılıb. Yığma komandada keçirdiyi ilk 8 oyunda 7 qol vuraraq qısa müddətdə əsas heyətin əvəzolunmaz üzvünə çevrilib. 1966-cı ildə “Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Anatoli həmin il yığma komandanın tərkibində İngiltərədə keçirilən Dünya Çempionatının yarımfinalında oynayıb. Ümumilikdə SSRİ yığmasında 50 oyun keçirmiş Banişevski rəqib qapılarına 19 qol vurub. 1963-cü ildən 1978-ci ilədək çıxış etdiyi “Neftçi”nin heyətində 288 oyun keçirən A.Banişevski 136 qola imza atıb və adını bombardirlərin “Qriqori Fedotov klubu”na üzv yazdırıb. 1968-ci və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında da çıxış edən həmyerlimiz sonuncu qitə turnirində gümüş mükafata layiq görülüb. Futbolçu karyerasını başa vurduqdan sonra A.Banişevski 1981-ci ildə “Neftçi”də məşqçilik fəaliyyətinə başlayıb. Doğma komandasına iki mövsüm rəhbərlik edən Anatoli 1983-cü ildə komandadan ayrılıb və 1984-1988-ci illərdə Burkina-Faso millisində məşqçi vəzifəsində işləyib. Afrikadan qayıtdıqdan sonra isə sağalmaz xəstəliyə düçar olub və 1997-ci il dekabrın 10-da dünyasını dəyişib. Azərbaycan futbolunun əfsanəsi olan Anatoli Banişevskinin ölümündən 20 ilədək vaxt keçməsinə baxmayaraq, onunla bağlı xatirələr zaman-zaman dilə gəlir, yaxınları, dostları onu tez-tez yad edirlər. Dahi futbolçu Anatoli Banişevskinin ölkəmizdə futbolun inkişafındakı xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 1997-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən, Anatoli Banişevski “Şöhrət” ordeni ilə təltif olunub. 2007-ci il fevralın 2-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub. Qeyd edək ki, dünən, anadan olmasının 70-ci ildönümündə AFFA-nın və “Neftçi” peşəkar futbol klubunun rəhbərliyi, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklillər və gül dəstələri qoyublar. AFFA-nın baş katibi Elxan Məmmədov və “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı naminə xidmətlərini xatırladıblar. AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov və Çingiz İsmayılov mərhum futbolçu ilə bağlı xatirələrini bölüşüblər. A.Banişevskinin ailəsi adından həyat yoldaşı çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info