Nardaranda yanğından mühafizə bölməsinin açılışı olub
Tarix: 24.02.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Bölmədə iş üçün nardaranlı gənclərin ərizələri qəbul edilib

Bu gün Nardaran qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli Yanğından mühafizə bölməsinin açılışı olub.
Mərasimdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iştirak ediblər. Məlumat verilib ki, 30  nəfər şəxsi heyəti olan bölmənin ərazisi 900 kvadratmetrdir. Bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bölmənin ərazisində - yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa olunub. inzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana da var. Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobilİ ilə təmin edilib.
E. Mirzəyev jurnalistlərə açıqlamasında deyib ki, 24 nömrəli Yanğından mühafizə bölməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il dekabr ayında Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafI ilə bağlı sərəncamına müvafiq olaraq istifadəyə verilib. Nazir müavini gələcəkdə bölmə əməkdaşlarının 60 faizinin Nardaran sakinlərindən ibarət olacağını, artıq bununla bağlı gənclərin ərizələrinin qəbul edildiyini bildirib. E. Mirzəyev Nardaran gənclərinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakının digər rayonlarındakı hissə və bölmələrdə də işə qəbul ediləcəyini qeyd edib. O, əvvəllər Nardaranda baş verən hadisələr zamanı Bakının digər rayonlarından yanğınsöndürənlərin cəlb olunduğunu, bunun da vaxt itkisinə səbəb olduğunu söyləyib: “Bölmənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğınsöndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info