Ölkəmiz daha bir iqtisadi amilə görə dünyada ilk yerlərdən birini tutur
Tarix: 24.02.2016 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


2015-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir.
İcmalda deyilir ki, 2015-ci ilin sonuna strateji valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 5,2 dəfə üstələyib.
"Strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutmaqda davam edib", - deyə sənəddə qeyd edilib.
İcmalda o da qeyd edilib ki, 2015-ci ildə Azərbaycanın xarici sektorunda vəziyyət qlobal iqtisadiyyatda, o cümlədən, tərəfdaş ölkələrdə baş verən proseslərin təsiri altında formalaşıb: "Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən 2015-ci ildə xarici ticarət dövriyyəsi 20,7 mlrd. ABŞ dolları təşkil edib ki, bunun da 11,4 mlrd. ABŞ dolları ixracın, 9,2 mlrd. ABŞ dolları isə idxalın payına düşüb. Xarici ticarət balansının profisiti 2.2 mlrd. ABŞ dolları olub. İxrac idxalı 24% üstələyib. Dövr ərzində 165 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib. Ticarət dövriyyəsinin 47%-i Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşüb. Aİ ilə ticarət əlaqələrinin 29%-i İtaliya, 20%-i Almaniya, 11%-i Fransa, 6% isə Çexiya ilə həyata keçirilib. MDB ölkələrinin ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 12% olub. Bu istiqamətdə ticarət dövriyyəsinin 75%-i Rusiya, 13%-i Ukraynanın payına düşüb. Ticarət əlaqələrinin 34%-i digər ölkələrlə saxlanılıb. Bu ölkələr qrupunda əsas tərəfdaşlar ABŞ (17%), İsrail (12%), Çin 8% və Gürcüstandır (6%).
Hesabat ilində əmtəə ixracı 48% azalıb. Bu azalma əsasən ixracda əhəmiyyətli paya malik neft-qaz sektoru üzrə baş verib. Belə ki, ixracın dəyəri xam neft üzrə 52%, neft məhsulları üzrə 45%, təbii qaz üzrə 34% azalıb. Meyvə tərəvəz və kimya sənayesi  məhsullarının ixracında isə artım müşahidə olunub. Belə ki, meyvə-tərəvəz 7%, kimya sənaye məhsulları ixracı 5% artıb. Dövr ərzində ixracda əsas tərəfdaşlar İtaliya (20%), Almaniya (11%), Fransa (8%), İsrail (7%), Çexiya (5%) kimi ölkələr olub. Hesabat ilində əmtəə idxalı 0,4% artıb. Dövlət sektoru üzrə isə idxal 30% azalıb. İdxal olunmuş məhsulların 16%-i Rusiya, 13%-i Türkiyə, 9%-i ABŞ, 8%-i Almaniya, 6%-i İtaliya və 6%-i Yaponiya kimi ölkələrinin payına düşüb. İl ərzində idxal nəqliyyat vasitələri və onların hissələri, meyvə-tərəvəz, oduncaq və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə artıb, yeyinti məhsulları, sement, tütün məmulatları, mebel üzrə isə yerli istehsalın genişlənməsi ilə əlaqədar azalıb".
AMB-nin analitikləri bildirir ki, 2015-ci ildə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət pul baratlarının dinamikasına təsir edib. İlkin rəqəmlərə əsasən 2015-ci ildə ölkəyə daxil olan pul baratları 1 183 mln. ABŞ dolları təşkil edib. Hesabat ilində də ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam edib. DSK-nın məlumatına görə, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2015-ci ildə 7 mlrd. manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 44%-ni təşkil edir. Əsas kapitala yönəldilmiş xarici investisiyaların artım tempi 43,8% təşkil edib. İl ərzində ölkənin beynəlxalq reytinqinin qorunması xarici investisiya daxilolmalarına müsbət təsir göstərən amillərdən biri olub. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya və İsveçin sərmayədarlarına məxsus olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info