Amerika Yəhudi Komitəsinin tədbirində ölkəmizin əhəmiyyətdən bəhs olunub
Tarix: 24.02.2016 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


ABŞ-ın Mayami şəhərində ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından biri sayılan “Amerika Yəhudi Komitəsi” (AYK) İdarə Heyətinin (Board of Governors of the American Jewish Committee) illik konfransı  keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı xəbərə görə, konfransın natiqləri arasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da olub.  Bu əlamətdar tədbirin plenar toplantılarından birinin qonağı olmuş Azərbaycan nümayəndəsi təşkilatın icraçı direktoru Devid Harrisin moderatorluq etdiyi və o cümlədən Bolqarıstan və Uruqvayın ABŞ-dakı səfirlərinin qatıldığı paneldə məruzə ilə çıxış edib. Bu tədbirin 500 nəfərlik auditoriyasında ABŞ Konqresinin üzvləri, Florida ştatının rəsmiləri, Mayami şəhərinin meri və yerli ictimaiyyətin çoxsaylı nümayəndələri olub.
Toplantının açılış hissəsində AYK-in icraçı direktoru D.Harris Azərbaycanın regionda oynadığı strateji rol və malik olduğu əhəmiyyətdən söz açıb və Azərbaycan rəhbərliyinin qlobal tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsindən yana çalışdığını bəyan edib.   Azərbaycan diplomatı öz növbəsində regionumuzdakı son vəziyyət barədə fikirlərini bölüşüb, cəmiyyətimizdə dərin kök salmış dini tolerantlıq mühiti haqqında məlumat verib və ölkəmizin qətiyyətlə ekstremizm, separatizm və radikalizmə qarşı çıxdığını göstərib. O, Azərbaycanın bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verdiyini vurğulayıb və xüsusilə yəhudi icmasının cəmiyyətimizdə digər icmalarla birlikdə əsrlər boyu qarşılıqlı anlaşma şəraitində həyat sürdüyünü bildirib.
Qeyd olunmalıdır ki, ABŞ-ın ən aparıcı yəhudi təşkilatları tərəfindən Azərbaycana göstərilən diqqət şübhəsiz ölkəmizə yetirilən əhəmiyyətin göstərici kimi qəbul edilə bilər. Xatırlatmaq lazımdır ki, AYK-in icraçı direktoru D.Harris 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında “Dostluq Ordeni” ilə təltif olunub.   
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info