53 yeni mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib
Tarix: 24.02.2016 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində yeni yaşayış binalarından tender yolu ilə satın alınaraq təmir etdirilmiş 53 mənzil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin, şəhid ailələrinin istifadəsinə verilib. Onlardan 12 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri 20 Yanvar əlili, 37-si isə şəhid ailəsidir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mənzillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev Azərbaycan prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının hər bir ölkə vətəndaşının sosial firavanlığına, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına  xidmət etdiyini vurğulayıb. Ç. Əliyev bildirib ki, müharibə əlillərinin və 20 Yanvar əlillərinin, şəhid ailələrinin maddi təminatları, hərtərəfli diqqət və qayğı ilə əhatə olunması işləri ildən-ilə gücləndirilir. Ölkəmizdə mühüm sosial proqramlardan biri kimi, həmin insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların yeni, müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təminatı sahəsində də mühüm işlər görülür.
Azərbaycan prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu sahədə işlərin geniş vüsət almasına imkan verib. Sərəncamın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə respublikamızın bölgələrində yeni fərdi yaşayış evləri inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinə təqdim edilir. Həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillər satın alınaraq təmir etdirilir və həmin şəxslərin istifadəsinə verilir. Təkcə son bir ayda artıq Nazirlik tərəfindən 75 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilməklə, müharibə əlilləri və şəhid ailələri üçün Bakı şəhərində və ayrı-ayrı rayonlarda çoxmənzilli yaşayış binaları da inşa olunur. 
Qeyd olunub ki, müharibə əlilləri və 20 Yanvar əlilləri bu gün Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə yanaşı,  aylıq sosial müavinət və ya əmək pensiyası ilə də təmin olunurlar. Eyni zamanda şəhid ailələrinə Prezidentin aylıq təqaüdü ödənilir. Müharibə əlilləri və şəhid ailələrinin uşaqları da aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlə təmin edilirlər. Digər sahələrdə də onlar dövlətin daimi qayğısı ilə əhatə olunublar. Tədbirdə iştirak edən ayrı-ayrı əlil ictimai birliklərinin nümayəndələri əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə həyata keçirilən tədbirlərdən razılıqla bəhs ediblər.
Qarabağ müharibəsi və 20 Yanvar əlilləri, şəhid ailələri onların sosial təminatlarının gücləndirilməsi sahəsində görülən işlərə, xüsusən yeni və rahat mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonra mənzillərdə yaradılmış şəraitə baxış olub. Hər bir mənzildə normal yaşayış şəraiti yaradılıb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək
24.04.2019
Övladlığagötürmə: Yeni idarəetmə modelində valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də əksini tapacaq
24.04.2019
Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info