Ermənistanın insanlıq əleyhinə cinayətlər törətdiyi müəyyənləşdirilib
Tarix: 24.02.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı indiyə kimi 7 mindən çox şahid, 26 min nəfərə yaxın zərərçəkmiş dindirilib”.
Bunu Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə istintaq qrupunun üzvü Ülvi Əhmədov deyib. O bildirib ki, 23 600 nəfərdən çox zərərçəkmiş şəxs, habelə zərərçəkmişin hüquqi varisi tanınıb: “809 müxtəlif ekspertiza təyin edilib. Eyni zamanda, çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib”. 
Ü. Əhmədov qeyd edib ki, aparılan cinayət işləri üzrə Ermənistanın sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətdiyi müəyyənləşdirilib: “Ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, cinayət barədə məlumat verməmə və s. cinayətlər törətmiş 296 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılıb, məhkəmə qərarına əsasən barələrində həbs qəti imkan tədbiri seçilib və onların axtarışları ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilib”. 
Ü. Əhmədov əlavə edib ki, həmin 296 nəfər təqsirləndirilən şəxsdən 3-ü rus, 1-i ukraynalı, 14-ü erməni milliyyətindən olmaqla, 18 nəfəri 366-cı alayın hərbi qulluqçuları, 18 nəfəri daxili işlər orqanlarının, 11 nəfəri keçmiş DTK orqanlarının əməkdaşları olub: “Digərləri isə keçmiş partiya və sovet orqanlarında, təhsil, iaşə, nəqliyyat, kənd təsərrüfatı və müxtəlif sahələrdə çalışan vətəndaşlar olub”. 

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info