“Bu bir həqiqətdir ki, dünyada Qarabağ məsələsinə meydan verilmir”
Tarix: 24.02.2016 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Ankarada səfərdə olan İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun təmsilçiləri Türkiyə Böyük Millət Məclisinin binasında Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, millət vəkili Kamal Kılıçdaroğlu ilə görüşüblər. 
APA-nın Ankarada olan əməkdaşının xəbərinə görə, görüşdə çıxış edən forum üzvü Gürsel Özdəmir təmsil etdiyi təşkilatın məqsədi və fəaliyyəti barədə məlumat verib. O, CHP-nin forumun işinə dəstək verəcəyinə ümid etdiyini bildirib. G. Özdəmir Dağlıq Qarabağ məsələsinin TBMM-də müzakirəsinin vacib olduğunu vurğulayıb.
Forum üzvləri - Emin Həsənli və Mehdi Mehdiyev də çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin dəstəyinə xüsusi ehtiyac olduğunu bildiriblər.
CHP lideri K. Kılıçdaroğlu isə çıxışında Azərbaycanı doğma və qardaş ölkə hesab etdiyini və CHP-nin Qarabağ məsələsindəki mövqeyinin Azərbaycanın mövqeyi ilə eyni olduğunu deyib: “Əslində bu, yalnız CHP-nin deyil, digər partiyaların da mövqeyidir. Türkiyədə bütün siyasi partiyalar Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyindən çıxış edir. Türkiyə dövlətinin siyasəti də bundan ibarətdir. Fikrimizcə, burada ortaq milli mövqe var və belə də olmalıdır. Bu bir həqiqətdir ki, hazırda dünyada Qarabağ məsələsinə meydan verilmir, Türkiyə mediası da bu mövzudan geniş bəhs etmir. Ona görə də hesab edirəm ki, Türkiyənin media orqanları ilə əlaqələrinizi gücləndirməlisiniz”.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib
24.05.2019
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24.05.2019
MN: Ermənilər məruz qaldıqları uğursuzluğu absurd bəyanatlarla ört-basdır etməyə çalışırlar
24.05.2019
ABŞ və Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24.05.2019
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info