Gənclər üçün müsabiqələr keçirilir
Tarix: 24.02.2016 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “İdeyadan biznesə”, “Ənənəvi memarlıq üslubları və innovativ tendensiyalar” müsabiqələrinin təşkilatçı qurumlarının nümayəndələri ilə tələbələrin görüşü olub. Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsədə doktoru, dosent Mübariz Nuriyev görüşü açaraq 15 yanvar 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə Ali Məclisin Sədri Vasif Talıbovun gənclərin cəmiyyət quruculuğuna fəal şəkildə cəlb olunması, onların sağlam həyat tərzlərinin, təhsillərinin düzgün təşkili, vətənpərvər ruhda böyüdülməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrdən danışıb. Prorektor ali məktəbdə gənclərin intellektual imkanlarının, müasir texnologiyalara olan maraq və bacarıqlarının, idman, mədəniyyət sahəsindəki istedadlarının üzə çıxarılması istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, bu gənclər nəinki muxtar respublika, ölkə daxilində, bir sıra əhəmiyyətli beynəlxalq müsabiqə və yarışlarda da universiteti uğurla təmsil edirlər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Şərifov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri, baş memar Nicat İsayev, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Emin Zeynalov çıxış ediblər. Çıxışlarda gəncliyin tükənməz elmi potensiala, yaradıcı təxəyyülə, yeni ideyalara malik olduğu vurğulanıb, müsabiqələr haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, “İdeyadan biznesə” müsabiqəsi informasiya-kommunikasiya texnologiyaları, sənaye məhsullarının istehsalı, turist-ekskursiya xidmətləri, marketinq və konsaltinq xidmətləri sahəsində biznes ideyaları əhatə edir. “Ənənəvi memarlıq üslubları və innovativ tendensiyalar” müsabiqəsinə isə şəhər mühitinin abadlaşdırılması, landşaft memarlığı ilə bağlı eskizlər təqdim oluna bilər. Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssiələri tələbələrinin müsabiqələrdə iştirakına xüsusi üstünlük verilir. Təqdim olunan işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər diplom və mükafatlarla təltif olunacaq. Diskussiya xarakterli görüşdə tələbələrəin sualları cavablandırılıb.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info