Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yay məktəbi təşkil ediləcək
Tarix: 24.02.2016 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 8-15 fevral tarixlərində fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin nəticələri ilə bağlı yekun toplantı keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, iclasda Mərkəzin müvafiq şöbələri qış məktəbi ilə bağlı hesabat verib, görülən işlər diqqətə çatdırılıb.
Toplantıda layihə çərçivəsində həyata keçirilən tədbirlərin yerli və xarici mətbuatda işıqlandırılması müzakirə edilib, xarici tələbələrin və mühazirəçilərin qış məktəbi ilə bağlı təəssüratlarının vaxtaşırı dərci ilə bağlı fikirlər səsləndirilib. İclasda qış məktəbində iştirak edən xarici tələbələrlə bundan sonra da əlaqələrin və əməkdaşlığın davamlılığının əhəmiyyəti diqqətə çatdırılıb. Toplantıda gələcəkdə təşkil olunacaq yay və qış məktəblərində mövcud təcrübənin üstünlükləri ilə yeni ideyaların birgə vəhdətindən istifadə edərək Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində daha yüksək nəticələrin əldə olunması ilə bağlı təkliflər səsləndirilib.
Toplantıda vurğulanıb ki, qış məktəbi ümumilikdə qarşısına qoyduğu məqsədə nail olub: xarici tələbələrin Azərbaycana marağı rəğbət və sevgiyə çevrilib. Bunu onların yerli və xarici mətbuatda dərc etdirdikləri ölkəmizlə bağlı təəssürat yazıları, müxtəlif tədbirlərdə Azərbaycanın multikultural və tolerantlıq ənənələri ilə bağlı səsləndirdikləri müsbət fikirlər sübut edir.
İclasda Azərbaycanın dini və milli müxtəlifliyin bərqərar olduğu səfalı bölgələrindən birində bu il növbəti yay məktəbinin təşkil ediləcəyi ilə bağlı qərar qəbul edilib və hazırlıq işlərinə start verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info