Koreyada Xocalı faciəsinin qurbanları anılıb
Tarix: 24.02.2016 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının qurbanları Koreyada yad edilib.
Azərbaycanın Koreyadakı səfirliyindən verilən məlumata görə, Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə 20 fevral tarixində səfirlik əməkdaşları və "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri, eləcə də bir sıra koreyalı və əcnəbi tələbələrin iştirakı ilə Seul şəhərinin mərkəzində, Koreya Milli Assambleyasının və ölkənin qabaqcıl media şirkətlərinin yerləşdiyi Yeouido ərazisində veloyürüş təşkil edilmişdir.
Veloyürüşdən sonra Xocalı soyqırımını əks etdirən köynəklər geyinmiş yürüş iştirakçıları soyqırıma dair Səfirlik tərəfindən Koreya dilində hazırlanmış müxtəlif tipli təbliğat materiallarını şəhər sakinlərinə paylamışlar.
Xocalı soyqırımı barəsində Koreya ictimaiyyətinə geniş məlumat vermək məqsədi ilə həmçinin, "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Heydər Əliyev Fondu və Rusiyada yaşayan həmvətənlərimiz tərəfindən hazırlanmış Xocalıya dair video çarxları Koreya dilinə tərcümə edib yenidən hazırlayaraq Koreyanın internet portallarında, eləcə də sosial şəbəkələrdə yerləşdirmişlər.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info