Gəncədə tələbələrin könüllülük Qış Məktəbi keçiriləcək
Tarix: 24.02.2016 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


2013-cü ildə Gəncə şəhəri Avropa-2016 Gənclər Paytaxtı layihəsinin qalibi olub. Gəncə Dövlət Universiteti Gəncə Avropa Gənclər Paytaxtı layihəsinə dəstək məqsədi ilə yeni bir layihənin icrasına başlayır. Bu layihənin adı “Gəncə Avropa Gənclər Paytaxtı-2016 Gəncə Dövlət Universiteti tələbələrinin I könüllülük Qış Məktəbi” adlanır. Bildirək ki, layihənin əsas məqsədi gənclərə könüllülük prinsiplərinin aşılanması, layiqli vətəndaş olmaq istiqamətində könüllülük anlayışının əhəmiyyəti və “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” proqramı üçün könüllülərin yetişdirilməsinə xidmət etməkdir. 3 gün davam edəcək layihənin gedişində maraqlı təlimlər- “Komanda işi, “Liderlik”, “Könüllük” və Gəncə Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində görüşlərin keçirilməsi nəzərdə tutulub. Təlimçilər - Toğrul Ələkbər, Tamerlan İsmayılov və Kamran Məmmədovun olacağı “Qış Məktəbi”ndə iştirak etmək istəyən gənclər GDU TGT-yə müraciət edə bilər. Layihənin açılış mərasimi 27 fevral, bağlanış mərasimi isə 1 mart tarixində olacaq. Qeydiyyat üçün son tarix 25 fevraldır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info