Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib
Tarix: 23.02.2013 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Prezident İlham Əliyevin fevralın 12-də Bakı Biznes Mərkəzində “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn tələblərlə bağlı kollegiya iclası keçirilib. Bu barədə nazirliyin Mətbuat xidmətindən qəzetimizə məlumat verilib. Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezidentin sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirib. 2013-cü ilin sözügedən dövlət proqramı üçün həlledici il olduğuna, eyni zamanda “İKT ili”ndə RİTN tərəfindən icrası nəzərdə tutulan tədbirlərin sürətləndirilməsinə diqqət çəkən nazir ölkədə rəqəmli yayıma keçidin tam başa çatdırılması, əhalinin yüksəksürətli, keyfiyyətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış “Hər evə optika” layihəsinin icrası, həmçinin ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin göstərəcəyi işlərdən söz açıb.
Nazir “Elektron hökumət” mərkəzi ilə “ASAN xidmət” mərkəzinin birgə fəaliyyətinin səmərəsinə də toxunaraq, elektron xidmətlərin daha da genişləndirilməsi ilə ölkədə korrupsiyaya qarşı aparılan mübarizənin gücləndirilməsinə, şəffaflığın artırılmasına, neqativ müdaxilələrin aradan qaldırılmasına təkan verəcəyini bildirib.
Nazir əhaliyə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsini, eyni zamanda məmur-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasını, vətəndaşların müraciətlərinin vaxtında araşdırılması və cavablandırılmasını, həmçinin rabitə sahəsində çalışan məmurların səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsini, etik davranış qaydalarının hər bir ailə üzvünə qədər sirayət olunmasını tövsiyə edərək Bakıətrafı, ümumilikdə respublikanın bütün kənd və qəsəbələrində rabitə, telekommunikasiya, poçt, radio, televiziya xidmətlərinin göstərilməsində mövcud problemlərin qısa müddətdə aradan qaldırılması, qarşıya qoyulan vəzifələrin icrası üçün müvafiq tapşırıqlar da verib.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info