XİN: “Azərbaycan Suriyada hərbi əməliyyatların dayandırılmasına dair bəyanatı alqışlayır”
Tarix: 24.02.2016 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


“Azərbaycan Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun həmsədrləri olaraq, Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair 22 fevral tarixli birgə bəyanatını alqışlayır”.
Bu sözləri açıqlamasında Rusiya və ABŞ arasında Suriyada atəşkəsə dair razılaşmanın əldə olunmasını şərh edənXarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 4-də Londonda keçirilmiş “Suriyaya və regiona dəstək” adlı konfransda və 23 fevral tarixində İrana rəsmi səfəri zamanı mətbuat konfransında etdiyi çıxışında AzərbaycanınSuriya böhranı ilə əlaqədar mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığını bildirib: “Bəyanata və Suriyada hərbi əməliyyatların dayandırılması şərtlərinə dair onun əlavəsinə uyğun olaraq, Suriyada 27 fevral 2016-cı il tarixindən etibarən atəşkəs qüvvəyə minməlidir. Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, Suriyada vəziyyəti normallaşdırmaq, problemin siyasi həllini tapmaq və yaşanan humanitar fəlakəti aradan qaldırmaq üçün ilk növbədə sülh və atəşkəs bərqərar olmalıdır. Sülh və atəşkəs bərqərar olduqdan sonra Suriya xalqı özü gələcəyini müəyyən etməlidir.
Ümid edirik ki, atəşkəsin əldə olunmasına dair razılaşma BMTTəhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə və Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun qəbul etdiyi digər sənədlərə uyğun olaraq, Suriyaxalqının iradəsi əsasında BMT-nin çətiri altında böhranın həlli üçün siyasi prosesinin başlanmasına təkan verəcək”. 
XİN rəsmisi bildirib ki, Azərbaycan donor dövlət olaraq, Suriyadakı humanitar fəlakətdən  əziyyət çəkən qaçqınlara humanitar yardım edib və bu yardımı davam etdirəcək. 




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info