DNSU-da Xocalı ilə bağlı aksiya və tədbirlər keçirilir
Tarix: 24.02.2016 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dərs saatları Xocalı soyqırımına həsr edilib. Tələbələr ilk dərslərdə dünyanı Xocalı soyqırımını tanımağa, erməni separatçılarının Azərbaycanda apardıqları işğalçılıq siyasətini pisləməyə səsləyiblər. ADNSU-nun Xocalı soyqırımına həsr olunan tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının dünyada tanıdılması və pislənilməsi üçün müxtəlif aksiya və tədbirlər həyata keçirilir. Hər bir fakültədə soyqırımı qurbanlarının xatirəsini anan fotostendlər hazırlanır, ilk dərs saatlarında tələbələrə Xocalı soyqırımı ilə bağlı məlumatlar verilir. Xocalı soyqırımı ilə bağlı internet səhifələrinə Xocalı soyqırımını əks etdirən məlumatlar daxil edilib. Soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçirilir, tamaşalar hazırlanır, sənədli və bədii filmlərin nümayişi təşkil olunur. ADNSU tələbələri və əməkdaşlarının Xocalı faciəsinin 24 illiyi ilə əlaqədar keçirdikləri anım tədbirləri auditoriyalarda baş tutan oturaq aksiyalarla davam edir. Xarici ölkə vətəndaşları olan tələbələrimizə erməni işğalçılarının rus hərbi qüvvələri ilə birləşərək dinc əhaliyə qarşı törətdikləri insanlığa sığmayan vəhşiliyi erməni cinayətlərini əks etdirən filmlər nümayiş olunub. Erməni vandalizmi pislənilib. Tezliklə torpaqlarımızın işğaldan azad olunması tələbi ilə, dünya birliyi Azərbaycanda törədilən soyqırımlara biganə qalmamağa çağırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info